Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Parlamentdəki rusiyapərəstlər müstəqilliyimizin əleyhinə çıxanlardır”

“Parlamentdəki rusiyapərəstlər müstəqilliyimizin əleyhinə çıxanlardır”


İstiqlalçı deputatdan həyəcanlı xəbərdarlıq



Milli Məclisin deputatı Mixael Zabelindən sonra daha bir deputatın-Azərbaycan-Ukrayna parlamentlərarası işçi qrupunun rəhbəri Eldar İbrahimovun Azərbaycanın rəsmi mövqeyinə, eləcə də beynəlxalq hüquq normalarına zidd olaraq Rusiyanın Krımı işğal etməsinə haqq qazandırması parlamentdə rusiyapərəstlərin olması məsələsini aktuallaşdırıb.



Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, sabiq deputat, Azərbaycanın Dövlət Müstəqilliyi haqqında 1991-ci il 18 oktyabrda qəbul edilmiş Konstitusiya Aktını hazırlayan deputat komissiyasının sədri olmuş Hacıbaba Əzimov bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Rusiyanın işğalçılığına haqq qazandıran deputatlar vaxtilə müstəqilliyimizə qarşı çıxmış şəxslərdir.



Həmin adamların bir çoxu bu gün də deputatdırlar və məqam düşən kimi Rusiyanın yanında olduqlarını ortaya qoyurlar: “Mən vaxtilə prezident Heydər Əliyevə və son illərdə isə İlham Əliyevə rəsmi məktublar yazmışam ki, parlamentdə və məmurlar içərisində müstəqilliyimizə qarşı olanlar var və onlar dövlətimiz üçün təhlükədirlər. Bugünlərdə o deputatlardan bir neçəsinin Rusiyanın işğalçı addımlarına açıq-aşkar haqq qazandırmaları narahatlığımın haqlı olduğunu təsdiqlədi. Vaxtilə sovet KQB-sinin agenti olmuş deputatlar və məmurlar sabah Rusiya Azərbaycana doğru hərəkətə keçəcəyi halda çox güman ki, Kremlə haqq qazandıracaqlar. Azərbaycan öz içindən belə bir xəyanətlə qarşılaşmamış potensial xəyanətkarlar barəsində tədbirlər görülməlidir”.







H.Əzimov hesab edir ki, Azərbaycanın inkişafına mane olan, müstəqilliyimiz uğrunda mübarizə aparmış insanlara, istiqlalçı deputatlara kəskin münasibət bəsləyənlər də məhz 1991-ci il martın 7-də Azərbaycanın SSRİ-nin tərkibində qalması üçün referendum keçirilməsi lehinə səs verən və bu gün deputat mandatı daşıyan, məmur kürsüsündə əyləşənlərdir: “Bu gün istiqlalçı deputatların pensiya almasına belə imkan verməyən Səfa Mirzəyev kimi adamlar, parlamentdəki rusiyapərəstlər Azərbaycan dövlətinin müstəqilliyini qəbul edə bilmirlər. Onlar Azərbaycan üçün böyük təhlükədirlər. Nə qədər ki, gec deyil, onlar barədə lazımi tədbirlər görülməlidir. Mən bilirəm ki, dövlət başçısı İlham Əliyev də milli maraqları nəzərə alaraq belə adamların kənarlaşdırılmasını istəyir. Ancaq Moskva həmin adamları müdafiə edir. Moskva öz adamlarını bütün vasitələrlə qoruyur. Bunu mən elə-belə demirəm”.



H.Əzimov onu da bəyan etdi ki, hətta müxalifətin də içində Rusiyanın gizli agentləri var. Onlar da məqam yetişən kimi açığa çıxacaqlar və Azərbaycanı yox, Rusiyanı müdafiə edəcəklər: “Onlar əslində Azərbaycan dövlətçiliyinə qarşı müxalifətdə olan adamlardır. Xalqımız, sağlam düşüncəli insanlar, milli maraqları üstün tutan müxalifətçilər və hakimiyyət mənsubları hər kəs birləşməlidir. Xaricdən hər hansı təcavüzə qarşı birlik olmalıdır”.







BAXCP Ali Məclisinin sədri Teyyub Qənioğlu isə moderator.az-a açıqlamasında Rusiyapərəst qüvvələrin fəallaşdığını və milli maraqlara zidd açıqlamalar verdiyini bildirib: “Azərbaycanda milli maraqlara zidd olaraq fəaliyyət göstərən ”beşinci kolonun" olduğu heç kim üçün sirr deyil. Mixail Zabelin və Eldar İbrahimov kimi yüksək çinli rəsmilərin milli mənafeyimizə zidd mövqeləri “beşinci kolonun” fəaliyyətini stimullaşdıra bilər. Buna isə qətiyyən yol vermək olmaz.



Torpaqları Rusiyanın bilavasitə təhriki və iştirakı ilə Ermənistan tərəfindən işğal olunan Azərbaycan suveren dövlətlərin ərazi toxunulmazlığı prinsipini daim dəstəkləmişdir və dəstəkləyir. Buna görə də Azərbaycan BMT Təhlükəsizlik Şurasının iclasında haqlı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməyə səs verib. Bunu heç kim, xüsusilə də Milli Məclisin üzvü olan Mixail Zabelin və Eldar İbrahimov unutmamalıdır!"


Teqlər:
Bu xəbər cəmi 1585 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR