Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.
Məlumata görə, şimşək çaxacağı ehtimalı var.
Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında aprelin 10-da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3-8, gündüz 15-20, bəzi yerlərdə 23, dağlarda gecə 0-5, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacağı gözlənilir.
Aqrometeoroloji şərhə görə, respublika ərazisində yaxın bir neçə günə proqnozlaşdırılan yağıntılı, isti hava şəraiti və temperaturun normadan 3-4 dərəcə yüksək olması kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əsasən əlverişlidir.
Belə hava şəraiti əksər Aran rayonlarında payızlıq dənli bitkilərdə məhsuldarlıq elementlərinin formalaşmasına və çoxillik otların böyüməsinə müsbət təsir edəcək.
Yağıntıların düşməsi pambıq və qarğıdalı bitkilərinin əkilməsi üçün ayrılmış sahələrdə səpinqabağı aqrotexniki işlərin aparılmasını nisbətən ləngidəcək.