Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Təhsil Nazirliyindən “iyun”- Açıqlaması

Təhsil Nazirliyindən “iyun”-  Açıqlaması
Təhsil Nazirliyi Azərbaycanda dərs ilinin iyun ayınadək artırılmasının səbəblərini açıqlayıb.




APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, ölkədə tədris ilinin uzadılması ilə bağlı məsələ yeni deyil.



C. Valehov hələ ötən ilin dekabr ayında Təhsil Nazirliyinin ümumi orta təhsil sistemində prioritetlər elan olunarkən növbəti dərs ilindən başlayaraq tədris müddətinin uzadılması məsələsinin qeyd olunduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanda istirahət və bayram günləri, eləcə də tətil günlərini çıxdıqda 5 günlük tədris həftəsi ilə işləyən ümumtəhsil məktəblərində il ərzində 164, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə il ərzində 197 gün dərs keçirilir: “Deməli uyğun olaraq şagirdlər ildə 201 və ya 168 gün istirahət edirlər. Amma İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə tədris həftəsinin orta göstəricisi 38 həftə, Azərbaycanda isə 32 həftədir. Mayın sonundan sentyabrın 15-dək Azərbaycanın ümumi orta təhsil müəssisələrinin şagirdlərdə sanki tətil boşluğu yaşanır. Təxminən 105 günlük tətil ərzində şagirdlər vaxtlarını o qədər də səmərəli keçirə bilmirlər. Biz də istəyirik ki, bizim məktəblilər təhsil ilindən o qədər uzaq qalmasınlar. Tədris həftələrinin çox olması şagirdlərin tədrisə gəlməsi və tez uyğunlaşmasına şərait yaradacaq”.



C. Valhov qeyd edib ki, digər məqam tədris proqramlarının kifayət qədər yüklü olması ilə bağlıdır. Onun sözlərinə görə, nazirliyə də ən çox müraciətlər tədris proqramlarının ağır olması, şagirdlərin müxtəlif məzmunlu dərsliklərlə təmasında problemlərin üzə çıxması ilə bağlı olur: “Buna görə də tədris ilinin uzadılması tədris proqramlarının yüngülləşdirilməsinə gətirib çıxaracaq. Bizim ümumtəhsil məktəblərində oxuyan məktəblilər daha rahat şəkildə həm öz fiziki sağlamlıqlarının qeydinə qalacaq, həm də özlərinin tədris müddətində oxuduqları bilikləri daha yaxşı mənimsəyə biləcəklər. Buna zaman və vaxt imkanları da çatacaq. Bununla bağlı son vaxtlar sanki süni ajiotaj yaranmışdı, mediada müxtəlif fikirlər səsləndirilirdi. Amma bu kifayət qədər araşdırılmış məsələdir. Tədris ilinin uzadılması ancaq Azərbaycan dövlətçiliyinin, iqtisadi inkişafının, insanların rifah halının yüksəlməsinə xidmət edən məsələdir”.



Nazirlik rəsmisi qeyd edib ki, yaxın günlərdə Təhsil Nazirliyində QHT üzvləri və müəllimlərin iştirakı ilə Azərbaycanda tədris ilinin uzadılması ilə bağlı dəyirmi masa keçiriləcək və orada tədris ilinin uzadılması ilə bağlı daha dəqiq məlumatlar veriləcək.



Qeyd edək ki, bu günlərdə təhsil nazirinin müavini Ceyhun Bayramov növbəti dərs ilindən Azərbaycanda tədris müddətinin uzadılacağı ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, bu, dərs ilinin sonuna günlərin əlavə edilməsi hesabına artırılacaq. Tədris ili ərzində dərs müddətinin 3 həftəyədək artırılması gözlənilir.


Teqlər:
Bu xəbər cəmi 1305 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR