Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-7, gündüz 14-18, bəzi yerlərdə 21 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 13-18, bəzi yerlərdə 21 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.