Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ayağında 125 milyonluq yeyinti olan məmur kimləri ələ verdi

Ayağında 125 milyonluq yeyinti olan məmur kimləri ələ verdi


Aslan Aslanovun həbsi yenidən gündəmdə; Kənd təsərrüfatı nazirinin sabiq müavinini fermerlərə verilməli olan subsidiyaların mənimsənilməsi ittihamı ilə həbs etmək istəyirlər; bu korrupsiyada əvvəlki nazir İsmət Abbasovun da adı hallanır; Şəmkirin keçmiş İH başçısı isə keçmiş həmkarını ələ vermək istəyir: “Subsidiyalar digər müavin İlham Quliyevin səlahiyyətlərinə aid olub”



Heydər Əsədov kənd təsərrüfatı naziri təyin olunandan dərhal sonra işdən çıxardığı müavini Aslan Aslanovun həbsinə hazırlıq gedir. Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, sabiq nazir müavinini dövlət büdcəsindən fermerlərə ayrılan subsidiyaların mənimsənilməsi ittihamı ilə həbs edəcəklər.



“O, kənd təsərrüfatı nazirinin müavini işlədiyi dövrdə fermerlərə ayrılan subsidiyaları mənimsəyib. Buna görə də Oğuz, Şəki və digər rayonlardan olan fermerlər bu gün onlara hər hektara görə verilməli olan subsidiyanı ala bilmirlər” - deyə fermerlərdən biri söyləyib. Deyib ki, hər il əkdikləri hər hektar taxıla görə dövlət büdcəsindən onlara 40 manat ayrılıb: “Bu pulu hər il uzağı dekabr ayında alırdıq. 2013-cü ildə bu pulu bizə verməyiblər. İndi də deyirlər ki, yeni nazir büdcədən ayrılan pulları keçmiş nazir müavini Aslan Aslanovdan ala bilmir ki, paylasın”.



Fermerin sözlərinə görə, həmin vəsaitin bu ilin martına kimi ortaya çıxarılmaması fermerləri etiraz aksiyalarına çıxmağa sövq edir: “Həmin pula ümid edib banklardan kredit götürənlər, borc alıb taxıl əkənlər aylardır ki, borclarını qaytara bilmirlər. Dərdimizi deməyə bir adam tapmırıq. Aslan Aslanov bu pulu alıbsa, Heydər Əsədov versin onu prokurorluğa. Bu pul heç kimin dədəsinin pulu deyil, dövlətin puludur. Öyrənmişik ki, heç bir rayonda subsidiyanı verməyiblər. Yığışıb Bakıya Prezident Administrasiyasına gəlib orada aksiya keçirəcəyik”.



Maraqlıdır ki, fermerlərin etiraz aksiyasına hazırlaşdığı bir vaxtda A.Aslanov qafqazinfo.az saytına müsahibə verib. Sabiq nazir müavini, hazırda Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi olan A.Aslanov Şəmkirin icra başçısı olaraq 90-cı illərin ortalarında gülləyə tutulmasından, Gürcüstana gedib-gəlməsindən eninə-geninə danışaraq öz xidmətlərini gözə soxmağa çalışıb.



Gürcüstanda yaşayan azərbaycanlı mütəfəkkirlərin evlərini öz şəxsi vəsaiti hesabına alıb dövlətə bağışlamasını, Heydər Əliyevin tapşırıqlarını yerinə yetirməsini müstəsna hallar kimi təqdim etməyə çalışıb. Müsahibəsinin bir yerində isə A.Aslanov deyir: “O ki qaldı subsidiyaların yeyintisi ilə bağlı yazılanlara, deyə bilərəm ki, Kənd Təsərrüfatı Nazirliyində subsidiyalar mənim kurasiyama aid olmayıb. Subsidiyalar digər müavin İlham Quliyevin səlahiyyətlərinə aid olub”.



“Yeni Müsavat”ın əməkdaşı sabiq nazir müavininin danışdıqlarının bu hissəsinə aydınlıq gətirmək üçün Kənd Təsərrüfatı Nazirliyinin (012) 498-64-49 nömrəli telefonuna zəng vurub. Həmin nömrədən bildirilib ki, əvvəlki nazir İsmət Abbasovun 3 müavini olub və vəzifəsindən çıxarılana qədər subsidiyaların verilməsinə əsasən nazir müavini Aslan Aslanov məsul olub.



Bundan başqa, A.Aslanovun 13 fevral 2014-cü ildə “Respublika” qəzetinə müsahibəsi var. “Kənd təsərrüfatı ölkə iqtisadiyyatının prioritet sahəsi kimi daim diqqət mərkəzindədir” sərlövhəli müsahibədə o, subsidiyaların verilməsindən danışır. Sitat: “Əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə istehsalçılara hər hektar üçün 40 manat, buğda və çəltik istehsalçılarına isə hər hektar səpilmiş sahəyə görə əlavə olaraq 40 manat subsidiya verilir.



Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər”.



Və müsahibənin digər hissəsində A.Aslanov deyir: “2013-cü ildə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət təqribən 40 manat yardımın verilməsi, ”Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi məhsul istehsalına müsbət təsir göstərmişdir".



Göründüyü kimi, A.Aslanov subsidiyaların verilməsindən danışıb. Əgər subsidiyaların verilməsinə aidiyyəti olmayıbsa, A.Aslanov bu haqda hansı haqla danışıb?

Necə olur ki, subsidiyalar yoxa çıxdığı, fermerlərin üsyana hazırlaşdığı bir vaxtda A.Aslanov bu sahəyə nazirin başqa bir müavininin məsul olduğunu deyir?

Bu suallara istintaq cavab verməlidir.

Həm də 2013-də kənd təsərrüfatı subsidiyalarının verilməsinə ayrılan 125 milyon manatın hara xərclənməsinə də aydınlıq gətirilməlidir. Aslan Aslanov istintaqçıların klassik sualına - “Ətdirsə, pişik hanı? Pişikdirsə, ət hanı?” - cavab verməli olacaq.



Görünən odur ki, sabiq müdafiə nazirinin yaxın qohumu və biznes ortağı olan A.Aslanov (Əbiyevlə Aslanov kirvədilər-red.) həbs ehtimalını nəzərə alaraq hər vasitə ilə vəziyyətdən çıxmağın yollarını axtarır.



Amma keçmiş xidmətlərini gözə soxub canını qurtarmağa çalışanlara belə bir cavabın verilməsi də məlumdur: “İşləmişən, artıqlaması ilə payını almısan”.



125 milyonluq yeyintidə sabiq nazir İsmət Abbasovun da əlinin olmasına dair bəzi bilgilər almışıq. KTN-dəki mənbələr bildirir ki. A.Aslanov bu qədər böyük məbləği öz rəhbərindən gizlin və xəbərsiz yeyə bilməzdi. Bu istiqamətdə araşdırmalarımız davam etdiyi üçün hələlik geniş bilgi vermirik. Növbəti saylarımızda İsmət Abbasovun bu işlərə hansı dərəcədə qatqısının olub-olmadığına aydınlıq gətirməyə çalışacağıq.



* * *

Yada salaq ki, A.Aslanov Səfər Əbiyevlə qohumdur. Səfər Əbiyevin 19 illik nazirliyinə son qoyulandan 1 ay sonra A.Aslanov da vəzifəsindən çıxarıldı. S.Əbiyevin nazirliyi dövründə A.Aslanov onun “qaranlıq məsələlər üzrə məsləhətçisi” kimi ad çıxarmışdı. A.Aslanov kənd təsərrüfatı nazirinin müavini olsa da, daha çox Səfər Əbiyevin müavini kimi tanınırdı. O, son 15 ilin ən qalmaqallı məmurlarından biri idi. Şəmkir rayonunda icra başçısı olarkən əhaliyə etdiyi zülmlə ad çıxaran Aslanovun nazir müavini olarkən qeyri-rəsmi olaraq, ordu daxilindəki qanunsuzluqlarda da iştirak etdiyi bildirilir. Hətta bəzi saytlar onu Azərbaycan ordusunda “rüşvətin xaç atası” kimi təqdim edirdilər. Vəzifəsindən çıxarılandan sonra belə məlumatlar da vardı ki, Aslan Aslanov ölkədən çıxmaq istəyib. İddia olunurdu ki, vəzifədə ikən törətdiyi cinayətlərə görə həbs olunmaq təhlükəsindən qorxması A.Aslanovu bu addımı atmağa sövq edib. Həmin məlumatda bildirilirdi ki, “Qırmızı körpü” sərhəd keçid məntəqəsində sabiq nazir müavinini saxlayıb, ölkədən çıxarmaq istədiyi bir neçə milyon avronu müsadirə edərək özünü geri qaytarıblar.



Barəsində səslənən iddia və ittihamlara mövqe bildirməsi üçün Aslan Aslanovu dinləməyə, mövqeyini qəzetdə çap etməyə hazırıq.



E.HÜSEYNOV


Teqlər:
Bu xəbər cəmi 1760 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR