Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyinə iki məsələ daxil edilib:
-2014-cü ilin 2-ci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi;
-Cari məsələlər.
İclası açıq elan edən Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlkdə duran birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli bildirib ki, "2014-cü ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə”yə ümumilikdə 35 redaksiyadan layihə təklifi təqdim olunub. Təqdim edilmiş layihə təklifləri Fondun ekspertləri tərəfindən araşdırılıb. Layihə təkliflərinin araşdırılması ilə yanaşı, müsabiqənin tələblərindən irəli gələn digər sənədlər də yoxlanılmış, o cümlədən, qəzetlərin son üç ay üzrə tirajını, abunə və satışını əks etdirən hesabat hazırlanıb.
Hazırlanmış hesabatlar və layihə təklifləri müzakirə üçün Müşahidə Şurasının üzvlərinə təqdim edilmişdir. Vüqar Səfərli əlavə etmişdir ki, "Azadlıq" qəzetinin redaksiyası KİVDF Müşahidə Şurasının 30 dekabr 2013-cü il tarixli iclasında bu qəzetə qarşı irəli sürülən iradların aradan qaldırılmasına dair sənədləri Fondun katibliyinə təqdim edib, "2014-cü ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə”yə qatılmaq istəyini ifadə edib.
Bundan sonra Müşahidə Şurasının üzvləri təqdim edilmiş sənədlər ətrafında müzakirələr aparıb. Şura üzvlərindən Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Vüqar Rəhimzadə, Müşfiq Ələsgərli, Rəşad Məcid, İntiqam Hümbətov çıxış edərək "Azadlıq" qəzetinin müsabiqədə iştirak etmək istəyi ilə bağlı fikirlərini bildirmişlər. Qeyd edilmişdir ki, Fondun Nizamnaməsinin 4.1.10-cu bəndində, layihələr üzrə müqavilə şərtlərini pozan kütləvi informasiya vasitələrinin 2 ilədək müddətə belə müsabiqələrdə iştirakdan məhrum edilməsi nəzərdə tutulmuşdur. Lakin, "Azadlıq" qəzetinin göstərilən iradları aradan qaldırdığını bildirməsini nəzərə alaraq, onun müsabiqədə iştirakı məsələsinə yenidən baxılması mümkündür.
Müşahidə Şurası müzakirələrin nəticəsi olaraq, "Azadlıq" qəzetinin monitorinq edilməsi və redaksiyanın təqdim etdiyi sənədlərin araşdırılması üçün Şura üzvləri Bəxtiyar Sadıqov, Vüqar Rəhimzadə və Müşfiq Ələsgərlidən ibarət İşçi qrupunun yaradılması barədə qərar qəbul etmişdir. İşçi qrupun hazırlayacağı rəyə əsasən, növbəti müsabiqə dövründə "Azadlıq" qəzetinin müsabiqədə iştirakı barədə qərar veriləcək.
Müzakirələri davam etdirən Şura üzvləri müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin araşdırılmasının yekunu olaraq, qəzetlərin dövriyyəsini, tirajını və yayımını nəzərə alaraq, 34 redaksiyanın layihə təkliflərinin maliyyələşdirilməsi barədə qərar qəbul edib.
Cari məsələlər bölümündə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə jurnalistlər üçün inşa edilən yeni binanın tikintisinin gedişi barədə dinləmələr keçirilib.
2014-cü ilin II rübü üçün layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulan redaksiyaların siyahısı aşağıda təqdim edilir.
2014-cü ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı:
№
Qəzetin Adı
Ayrılan məbləğ
1.
"Kaspi” qəzeti
30000
2.
"Mövqe” qəzeti
30 000
3.
"Yeni Azərbaycan” qəzeti
30 000
4.
"Ayna-Zerkalo” qəzeti
30 000
5.
"Ədalət” qəzeti
30 000
6.
"525-ci qəzet” qəzeti
30 000
7.
"Səs” qəzeti
30 000
8.
"Bakı-Xəbər” qəzeti
30 000
9.
"Yeni Müsavat” qəzeti
30 000
10.
"Olaylar” qəzeti
30 000
11.
"Ekspress” qəzeti
30 000
12.
"Palitra” qəzeti
30 000
13.
"Paralel” qəzeti
20 000
14.
"Həftə İçi” qəzeti
20 000
15.
"Azad Azərbaycan” qəzeti
20 000
16.
"Şərq” qəzeti
20 000
17.
"Xalq Cəbhəsi” qəzeti
20 000
18.
"Futbol+Qol” qəzeti
20 000
19.
"Bizim Yol” qəzeti
20 000
20.
"Zaman-Azərbaycan” qəzeti
20 000
21.
"Kaspi rus” qəzeti
20 000
22.
"Novoye Vremya” qəzeti
15 000
23.
"Futbol+” qəzeti
15 000
24.
"Üç Nöqtə” qəzeti
15 000
25.
"Unikal” qəzeti
10 000
26.
"Olimpiya Dünyası”qəzeti
10 000
27.
"Azernews” qəzeti
10 000
28.
"Oxu Məni” qəzeti
10 000
29.
"Reytinq” qəzeti
5 000
30.
"Təhsil Problemləri” qəzeti
4 500
31.
"The Business Times” qəzeti
4 500
32.
"Hərbi And” qəzeti
4 500
33.
"Türküstan” qəzeti
4 500
34.
"İqtisadiyyat” qəzeti
4 500