Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, axşam havanın tutqun olacağı ehtimalı var. Cənub küləyinin arabir güclənəcəyi, axşam güclü şimal küləyi ilə əvəz olunacağı gözlənilir.
Havanın temperaturunun gündüz 15-20, bəzi yerlərdə 22 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bu gün hava şəraitinin axşam şimal və qərb rayonlarında yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 13-18 isti olacağı gözlənilir.