İqtisadçı ekspert Vüqar Bayramov “Aktual.az”a müsahibəsində qərarın fərqli illərdə istehsal olunan avtomobillərin qiymətində dəyişikliklərə səbəb olacağını deyib:
“Avro-4 standartına keçid ölkəyə idxal olunan avtomobillərin sayına təsir göstərəcək. Eyni zamanda avtomobil bazarındakı vəziyyətə də təsirsiz ötüşməyəcək. Nəzərə alsaq ki, 2013-cü ildə Azərbaycana rekord səviyyədə-103 min avtomobil idxal edilmişdi ki, bunun da 94 mini minik avtomobillərinin payına düşürdü. Hazırki vəziyyətdə ölkəyə gətiriləcək avtomobillərin sayının 80 minə qədər azalacağı proqnozlaşdırılır”.
Ekpert hesab edir ki, bu qərar avtomobillərin qiymətinə 3 istiqmətdə təsir göstərəcək:
”İstehsal tarixi 2005-ci ilədək olan avtomobillərin qiymətində artım olacaq. 2005-2010 cu illərdə istehsal olunan avtomobillərin isə qiymətində cüzi şəkildə azalmalar müşahidə ediləcək. Bu, avtomobillərə olan təklifin artması ilə əlaqədardır. Təklif artdığı üçün tələb sabit qalacaq, bu da qiymətin enməsilə müşahidə olunacaq. Yeni istehsal olunan avtomobillərin qiymətində hər hansı bir dəyişiklik gözlənilmir, həmin avtomobillərin təklifi əvvəlki səviyyədə qalacaq”.