İndiyə kimi 17 ölkədə müxtəlif vaxtlarda You Tube girişə qadağa qoyulub, bir sıra ölkələrdə isə hələ də bu qadağa davam etməkdədir.
Gün.Az həmin ölkələrin siyahısını təqdim edir:
Birləşmiş Ərəb Əmirlikləri - 2006-cı ildə giriş bağlanıb, bir müddət sonra qərar ləğv olunub.
Banqladeş – 2009, 2012 və 2013-cü illərdə giriş qadağan olunub.
Braziliya - 2007-ci ildə belə bir qərar qəbul olunub.
Çin – Bu ölkədə You Tube giriş dəfələrlə qadağan edilib və hazırda da bu qadağa davam edir.
Mərakeş - 2007-də giriş bağlanıb.
İndoneziya -2008-ci ildə giriş yasaqlanıb və hələ də davam edir.
Malaziya – 2013-ce ildən giriş qadağandır
İran və Liviyada bir neçə dəfə giriş yasaqlanıb, hazırda isə açıqdır.
Pakistanda – Giriş 2008-ci ildən bu yana 4 dəfə bağlanıb və hələ də qüvvədədir.
Sudan - əvvəlcə 2010 –cu ildə, daha sonra 2012-ci ildə “Müsəlmanların məsumiyyəti” filmi yayımlanandan sonra giriş bağlanıb.
Ermənistan -2008-ci ildə seçkilərə görə giriş bağlanıb, sonra açılıb.
Tayland - 2006-dan bu yana dəfələlrə giriş dayandırılıb.
Tunis – 2007-ci ildə giriş dayandırılıb, 2011-ci ildə açılıb.
Hazırda Türkmənistan və Tacikistanda da You Tube giriş qadağandır.
Türkiyə- 2014-cü ildə Tvitter sosial şəbəkəsinin ardınca ölkənin Rabitə və Telekommunikasiya İdarəsi YouTube video servisinə birbaşa girişinin bağlanmasına qərar verib.