18 nəfər ölüb, 145 nəfər xəsarət alıb
Azərbaycanda martın 20-dən 27-dək avtomobil yollarında 97 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş hadisələr nəticədə 18 nəfər ölüb, 145 nəfər xəsarət alıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
Onun sözlərinə görə, Novruz bayramı ilə əlaqədar istirahət günlərində yol polisi əməkdaşları tərəfindən respublika yollarında keçirilən reydlər zamanı surət həddini aşdığına görə, 15 minə yaxın sürücü barəsində inzibati protokol tərtib olunub.
Bundan əlavə, avtomobili sərxoş halda idarə etdiyinə görə 693 sürücü saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib.