“Bizim üçün Rusiyanın çökməsi ən dəhşətli variantdır”.
“Yenimeydan.info” xəbər verir ki, bu sözlər Belarusiya Prezidenti Aleksandr Lukaşenkoya aiddir. 2013-cü ildə etdiyi çıxış zamanı Lukaşenko Rusiyanı özlərinin müdafiəçisi adlandırıb. O, Rusiyasız mövcud ola bilməyəcəklərini vurğulayıb.
Qeyd edək ki, dünyanın ən qəddar diktatorlarından sayılan Lukaşenko Krımı Rusiyanın tərkib hissəsi kimi tanıyıb.