Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Həftənin hansı günü dünyaya gəlmisən?

Həftənin hansı günü dünyaya gəlmisən?
Anadan olduğun günü dəqiqləşdir, yalnız bundan sonra sən doğum gününün sirrini kəşf edib,bəzi mətləblərdən agah olacaqsan

Astoloqlar insanın bürcündən başqa, hansı gündə, hansı saatda dünyaya gəldiyinin onun xarakterindən xəbər veridiyini söyləyib. ANS PRESS-in məlumatın görə, alimlər həftənin hansı günü dünyaya gəlməsinin insan taleyində rolunun böyük olduğunu iddia edir. Sənin xarakterin və gələcək taleyin həftənin neçənci günündə doğulmağından birbaşa asılıdır. Beləki, gəlin baxaq görək kim həftənin hansı günü dünyaya gəlib. Doğulduğun ilin təqvimini tap və anadan olduğun günü dəqiqləşdir. Yalnız bundan sonra sən doğum gününün sirrini kəşf edib,bəzi mətləblərdən agah olacaqsan.


 


1.Bazar ertəsinin insanları.


Həftənin birinci günü doğulanlar narahat və şübhəli ruhun sahibi olurlar.Əgər onlar daxilindəki təzadları aşıb,nə istədiklərindən baş açsalar,həyatda yüksək mövqeyə çata bilərlər.Bu insanlar emosional cəhətdən açıq,ünsiyyətcidirlər.Eyni zamanda həqiqi hisslərini və ancaq özlərinə məxsus fantaziyaları gizlətməyi də bacarırlar.Onlar həyatın dəyişiklikliyinə asanlıqla alışır,hər şeyi öz axarına buraxırlar.Qarşısındakı maneələri aşmağa o qədər də həvəsli deyillər.Onlara güclü sipər gərəkdir.Ona görə də təminatlı insanla ailə qurmağa can atırlar.Ailədə onlar işgüzar ,sakitlik yaradan və həyat yoldaşına sədaqətli olurlar.Amma həddən artıq inamsızlıqları və zəiflikləri ucbatından çox zaman tənha qalırlar.


Bazar ertəsinin planeti-romantik Aydır 


 


2.Çərşənbə axşamının insanları.


Aqressiv,dalaşqan,möhkəm xarakterə malikdirlər.Kiminsə onlara haqq qazandırmasını xoşlayırlar.Etdiyi hərəkətlərin düzgünlüyünə şübhələr onlarda özünəinamsızlıq yaradır.Ona görə də ailənin və dostların dəstəyinə daim ehtiyac duyurlar.Bu insanlar əvvəl addım atır,sonra fikirləşirlər.Çərşənbə axşamında doğulmusunuzsa,sizə etibarlı məsləhətçi və xeyirxah sirdaş lazımdır.O,sizinlə mehribancasına davranıb,düzgün istiqamətləndirməlidir.Əgər belə olarsa,siz istədiyiniz mövqeyə çata bilərsiniz. Çərşənbə axşamının planeti-odlu-alovlu Marsdır.


 


3.Çərşənbənin insanları.


Həftənin 3-cü günü dünyaya gələnlər mənəvi zənginliyə malik olub,maraq və əyləncə əhatələri genişdir.Onlar ticarət,elm sahəsi,reklam işlərində uğur qazanır,bütün ömürləri boyu öyrənməyə can atır,zəngin təcrübələri ilə seçilir,amma bu keyfiyyətlərini nümayiş etdirməyi xoşlamırlar.Onlar uşaqlıqdan arzular qurur,həyatını planlaşdırır,konkret peşə seçir və sonra məqsədlərinə doğru inamla gedirlər.Əgər siz bu uğurlu gündə doğulmusunuzsa,deməli,Fortunanın sevimlisisiniz.Yananızda sizi başa düşən,lazım olanda iş-gücdən ayırıb,səyahət və əyləncələrə cəlb edən biri olmalıdır. Çərşənbə gününün planeti-intellekt və ticarətin hamisi Merkuridir.


 


4.Cümə axşamının insanları.


Bu gün doğulanlar çox hallarda cəmiyyətdə seçilən,tanınmış,zəngin və orta yaş dövründə müəyyən vəzifəyə çatmış insanlar olurlar. Onlar siyasət,din,idarəçilik sahəsində uğur qazanırlar.Cümə axşamının insanlarında güclü intuisiya və görücülük qabbiliyyəti də olur.Bu qabiliyyət hərdən onları qorxudur.İnadcıl olan bu adamlar bəzən ünsiyyətdə olduqları insanları qıcıqlandırır,bəzənsə “key” imici qazanırlar.Ailədə hökmranlığa can atmaq da onları dözülməz edə bilər.Tez-tez qısqanclıq səhnələri yaşanır.Amma dördüncü günün adamları konfliktlərə meyilli olmayıb,yersiz mübahisədən qa qaçırlar.Əgər ciddi səbəb olarsa,güzəştə getmir,qarşı tərəfi bağışlamırlar. Cümə axşamının planeti-dünyanı idarə edən ,zənginlik himayəçisi Yupiter. 


 


5.Cümə gününün insanları.


Onlar sevib-sevilmək üçün yaranıblar.Həyatdan zövq almaq,doğmalarına gözəl anlar bəxş etmək bu insanların missiyasıdır.İstənilən vəziyyətdə optimist və şən olurlar.Xarici görünüşcə də cəlbedicidirlər.Amma bu insanların hər sözünə inanmayın.Çünki onlar dedikləri sözü tez unudurlar.Beşinci gündə doğulmusunuzsa,ailəni,rahat evi,uşaqları sevirsiz.Amma ailə-məişət problemlərindən tez yorulursunuz.Problemli və ağır xasiyyətli tərəf müqabili sizlik deyil.Sizin yanınızda olan insan azadlıqsevər,qısqanc olmayan,xoşxasiyyətli olmalıdır.Həyat sizin üçün oyun və əyləcədir.Pul qazanmağı və xərcləməyi sevirsiz,çox vaxt pullar özü gəlib sizi tapır.Sizin sayənizdə həm evin,həm də işlədiyiniz yerin bərəkəti artır.


Cümə gününün planeti-gözəllik və sevgi ilahəsi Veneradır. 


 


6.Şənbə gününün insanları.


Bu inasanlar ağır doğum karamasına malikdirlər.Bu yükə davam gətirməyə elə şənbə doğulanların gücü çatar.Hədsiz dərəcədə işgüzarlığı ,ağlı və istedadı,anadangəlmə məsuliyyət hissi bu insanları inanılmaz mövqeyə qaldırır.Onların həyat yolu-əmək,iş,vəzifə borcu və səbrdən ibarətdir.Adətən 6-cı gündə doğulanların şəxsi həyatında problemlər olur.Çünki onlar ailə həyatını 2-ci plana keçirib,hər şeyin öz-özünə düzələcəyini güman edirlər.Hətta ailə quranda da onun qorunması üçün tədbirlər görmürlər.Əgər siz həftənin 6-cı günü doğulmusunuzsa,onda çətinliklərə hazır olun.Çalışın,evdə də özünüzü işdəki kimi aparasız,addımlarınızı ölçüb-biçib,aramla atın.Siz gəncliyinizlə müqayisədə,orta yaşlarda daha xoşbəxt olacaqsız. Şənbə gününün planeti-çətinliklər planeti Saturn. 


 


7.Bazar gününün insanları.


Onlar aşıb-daşan enerji ilə doludurlar.Hər yerdə,hər bir an bəxtləri gətirir.Həyatın ərköyn uşaqlarıdırlar.Bu insanlar uşaqlıqdan qeyri-adi istedad,daxili güc,gözəllik və xeyirxahlıqları ilə seçilirlər.Qayğısız həyat onları özündənrazı salır.Çox zaman 30-33 yaşına kimi arzuladıqları mövqeni qazanırlar,amma sonra....Sonra isə enerji azalır,çətinliklər başlayır və bütün bunlara alışmayanlar qazandıqlarını da itirmək təhlükəsi ilə qarşılaşır.Bir şəxsiyyət kimi formalaşmaq və təbiətdən gələn fitri istedadlarını itirməmək üçün onlar uşaqlıqdan ciddi rejimdə böyüməli və yaxşı təhsil almalıdırlar.Əgər özünüzə yazığınız gəlməsə,başqalarının köməyinə yox,öz gücünüzə arxayın olsanız,həyatda istədiyiniz xoşbəxtliyə çatarsınız.Siz ağıllı,hökmlü və tələbkar tərəf müqabili ilə ailə qurmalısınız. Bazar gününün planeti-əyləncəli və qayğısız həyatın hamisi enerjili Günəş.

Teqlər:
Bu xəbər cəmi 2780 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR