“Ukraynadakı vəziyyət prezident Barak Obamanın gələn həftə Avropaya edəcəyi səfər zamanı əsas müzakirə mövzusu olacaq”. Musavat.com-un məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Süzan Rays deyib.
Onun sözlərinə görə, Ukraynadakı böhran və Rusiyanın Krımı işğal eləməsi ABŞ-Rusiya münasibətlərinin köklü şəkildə təzədən qiymətləndirilməsinə aparır. “Dünya Rusiyanın daha böyük təcridinin şahidi olacaq”, - deyə Ağ Ev rəsmisi Kremli xəbərdar edib.