Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Metro ticarətinin ləğvi bahalaşmaya səbəb oldu

Metro ticarətinin ləğvi bahalaşmaya səbəb oldu


«Binə», «Amay», «Yaşıl bazar», «Keşlə», «Şərq» bazarlarında qiymətlər artdı



Bakı Metropoliteninin bütün stansiyalarında ticarət köşklərinin sökülməsi prosesi başa çatdı. Paytaxt meriyasının Ticarət və Xidmət Departamentinin sözçüsü Əlabbas Bağırov jurnalistlərə bildirib ki, hazırda Metropolitenin heç bir stansiyasında ticarət obyekti qalmayıb. Sonuncu - «Neftçilər», «Xalqlar dostluğu» və «İnşaatçılar» stansiyalarında söküntü işləri üç gün əvvəl yekunlaşdı. Artıq metro keçidlərində ticarət köşklərinin yığışdırılması prosesi bitib. Ticarət köşklərinin sökülməsi o deməkdir ki, həmin obyektlər istifadə üçün yararsız vəziyyətə salınıb. Obyektlərin elektrik enerjisi kəsilib, şüşəsi və qapısı çıxarılıb. Qeyd edək ki, obyektlərin müvafiq yerlərə daşınması prosesi martın 27-dək başa çatacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov metropoliten ərazisində fəaliyyət göstərmiş obyekt sahibləri ilə razılığa gəlib. Sahibkarlara "Amay” ticarət mərkəzində, Yeni Günəşli qəsəbəsindəki ticarət mərkəzlərində, "Yaşıl bazar”da, "Keşlə” və "Şərq” bazarlarında yer təklif olunur. Bu təkliflə razılaşacaq sahibkarlardan 3 ay müddətində dövlət rüsumu alınmayacaq. Zaur Hüseynovun "Bakı Metropoliteni” QSC-nin sədri kimi işə başlayandan az sonra qurum metro keçidlərində ticarət köşklərinin yığışdırılması haqda qərar qəbul etməsi, metronun ayrı-ayrı stansiyalarında ticarət köşklərinin sürətlə sökülməsi, 20-dən artıq stansiyada ticarət köşklərinin tamamilə götürülməsi əhali tərəfindən müsbət qarşılansa da, 1194 ticarət obyektinin sökülməsi reallaşsa da, əslində bunun gözlənilən fəsadları da üzə çıxdı. Belə ki, «Gündəlik Bakı»ya daxil olan məlumatlara görə, martın 14-dən başlayaraq, "Amay” ticarət mərkəzində, Hövsan, Əhmədli, Yeni Günəşli qəsəbəsindəki ticarət mərkəzlərində, "Yaşıl bazar”da, "Keşlə” və "Şərq” bazarlarında geyim malları, ayaqqabılar, kosmetik vasitələr 25 faiz bahalaşıb. 

Bu alqı-satqı mərkəzlərində çalışanlar metro köşklərinin yığışdırılmasından istifadə edərək, qiymətləri süni şəkildə artırıblar. Qiymətlərin artımının yüksəlməsi əsasən tekstil bazarında da müşahidə edilməkdədir. Respublikamızın ən böyük istehlak malları bazarında qiymətlər son 4 gün ərzində xeyli bahalaşıb. «Binə» Ticarət Mərkəzində olarkən qiymətlərin yüksəlməsini satıcılar da təsdiqlədilər. 2-ci sırada işləyən və bir sıra ölkələrdən kişi kostyumları gətirən mağazanın satıcısı İlham Fərzəliyev əməkdaşımıza bildirdi ki, qiymətlər həqiqətən də artıb. Çünki metro ticarətinin qadağan olunması bəzi ticarətçilər üçün göydəndüşmə olub. Bir sıra satış mərkəzlərinin işçiləri uşaq geyimlərinin vəziyyətinə rəğmən, «əl yandıran» qiymətlərin durmadan artdığını təsdiqlədilər. Buna səbəb isə metro köşklərinin fəaliyyətinə xitam verilməsi səbəbindən olduqca balaca olan geyimlərin, böyük qiymətlərə alıcılara təqdim edilməsidir. Qiymətlər həm də geyimin harda satılmasına görə dəyişir. Yeri gəlmişkən, bu vəziyyətdə geyimin bazar və ya brend vitrinlərdən asılmasından çox şey asılıdır. 

Uşaq paltarlarının alıcılara baha qiymətə satılması vətəndaşların haqlı narazılıqları ilə qarşılanır. Geyimlərin qiymətindəki balans pozğunluğundan danışan satıcılar deyirlər ki, azad bazar iqtisadiyyatında bunlara nəzarət etmək mümkünsüzdür. Hərə öz məhsulunun maddi dəyərinə uyğun qiymətlər təyin edir. Martın 14-dən başlayaraq bazardakı qiymətlər isə belə dəyişib: -gödəkçələr - 30-45 manat, şalvarlar - 15-25 manat, boğazlı köynəklər - 15-20 manat. Qiymətlərdən gileylənən alıcılar həm özlərinin, həm də uşaqların paltarlarının böyüklərin geyimləri ilə eyni qiymətə satılmasından narazıdırlar. Qəribədir ki, bazarlarda uşaq geyimlərinin keyfiyyətinə, sertifikatlaşdırılmasına nəzarət yox dərəcəsindədir. Bir sıra satıcılar etiraf etdilər ki, bahalaşma şəraitində belə, bazarlarda keyfiyyətsiz və sertifikatsız mallar çoxluq təşkil edir. Pambıq mal adı altında tam fərqli, tərkibi qarışıq olan bahalı geyimlər son bir həftə alıcılara təqdim edilir. Buna nəinki bazarda, hətta brend dükanlarda da rast gəlmək mümkündür. Müşahidələrimiz zamanı bəlli oldu ki, son bir neçə gündə baş vermiş süni bahalaşma şəraitində 6-7 yaşlı usağı başdan-ayağa geyindirmək üçün minimum 70 manat vəsait tələb olunur - amma keyfiyyətindən xəbərsiz olduğumuz məhsullardan istifadə edərək. Bir sözlə, son günlər metro ticarətinin qadağan olunması geyimlərin qiymətinə ciddi təsir göstərdi. Satıcıların fikrincə, paltarların qiyməti hələ bir müddət artacaq. Satıcılar deyir ki, ən çox bahalaşma uşaq paltarları və ayaqqabılarda nəzərə çarpır. Təkcə onu demək kifayətdir ki, son günlər bazarda 15-20 manatdan ucuz uşaq ayaqqabısına rast gəlmək mümkün deyil. Alıcılar belə vəziyyətin davam edəcəyi, hətta bəzi malların daha da bahalaşacağı qənaətindədir. 

Düzdür, mövsüm sona çatdığı üçün qış geyimləri nisbətən ucuzlaşıb. Ancaq yeni yaz-yay kolleksiyasına bahalı geyimlər gətirilib. Satıcılar deyir ki, yaz və yaylıq paltarların qiyməti kəskin bahalaşıb. Bir sözlə, geyim əşyalarının qiymətinin artması üçün əsas olmadığı halda belə istehsalçılar yaza hazırlıq məqsədilə indidən qiymət artımına gedib. Faktlar sübut edir ki, qiymət artımı mövsümi xarakter daşımır. Bir sözlə, metro ticarətinin ləğvi bəzi işbazlar üçün əlverişli şərait yaratdı. 


Teqlər:
Bu xəbər cəmi 875 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR