Tağı Əhmədov “Xeberdar.az”a açıqlamasında ölkəni birdəfəlik tərk etməsi xəbərinin yalan olduğunu bildirib.
“Kim mənim ölkəni birdəfəlik tərk etdiyimi deyirsə, o qələt edir, başını da daşa döyür. Hamı kimi mən də bayramla əlaqədər ailəmlə birgə Dubaya gəlmişəm. Hal-hazırda burda istirahət edirik. Burda ucuz otel yoxdu, kimsə mənim qaşıma, gözümə aşiq deyil ki, mənə oteli ucuz versin...Yaxşı oteldə qalmaq istəyirsənsə, yaxşı da pul ödəməlisən. Ayın 26-sı axşam Bakıya qayıdacağıq. Metro məsələsi ilə bağlı heç nə soruşmayın. O məsələni qapatmışam. Bütün Azərbaycan xalqının bayramını təbrik edirəm”.- deyə Tağı Əhmədov bildirib.