Bakı şəhərində keçmiş hərbçi damarlarını kəsib. Paytaxtın Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə parlament prospekti 3 ünvanında, Azərbaycan Müdafiə Nazirliyinin binası qarşısında baş verib.
Bakı şəhər sakini, keçmiş hərbçi, 1972-ci il təvəllüdlü Alim Məhəmməd oğlu Əhmədov Müdafiə Nazirliyinin qarşısında sol qolunun damarlarını doğrayıb.
A. Əhmədov ayağında şiş olduğu üçün Müdafiə Nazirliyinə qəbula gəlib, lakin onu heç kim qəbul etmədiyinə görə özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.