“Azərbaycandakı özəl klinikaların xarici həkimləri geniş reklam etməsi xam adamlar üçün nəzərdə tutulmuş adi kələkdir”. Modern.az saytı xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev özəl klinikaların əcnəbi həkimləri Azərbaycana dəvət etməsinə münasibət bildirərkən deyib.
Nazirin sözlərinə görə, yüksək ixtisaslı əcnəbi həkimin Azərbaycana gəlməsi, konsultasiyalar verməsi baha başa gələn işdir. Ona görə də, özək klininalar dəvət etdikləri əcnəbi həkimlərin yüksək səviyyədə səriştəli olmasına zəmanət verə bilməz.
Oqtay Şirəliyev bildidib ki, özəl klinikalar əcnəbi mütəxəssisləri bəzən Səhiyyə Nazirliyindən xəbərsiz dəvət etməklə qanunları pozur.
”Belə əcnəbi müətəxəssislər Azərbaycana gətirilməzdən öncə Səhiyyə Nazirliyinə müraciət edilməli və müvafiq məlumat verilməlidir. Nazirlik də öz kanalalrı ilə həmin həkimlərin nə dərəcədə səriştəli olduğunu aydırlaşdırmalıdır. Ancaq qaydalara zidd olaraq, gəlmə həkimlər özəl klinikalarda praktika ilə məşğul olur, əməliyyat edir, sonra da çıxıb gedirlər. Səhiyyə Nazirliyi də bu barədə ya reklamdan xəbər tutur, ya da şübhə doğuran “qastrolçu həkim” pasiyentin sağlamlığına zərbə vuranda”.
Nazir deyib ki, Səhiyyə Nazirliyində özəl tibb müəssisələrində yoxlama aparan xüsusi komissiya fəaliyyət göstərir. Komissiya müəyyən edib ki, əksər hallarda Bakıda reklam olunan xarici həkimlərin profesionallıqları, xidmətləri, təltifləri həqiqətəuyğun deyil. “Hər şey reklam oyunudur, reklam qurbanları da buna aldanırlar”.