Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sabah bəzi ərazilərdə qar yağacaq

Sabah bəzi ərazilərdə qar yağacaq
Sabah Azərbaycanda havanın temperaturu 5 dərəcəyədək enəcək, respublikanın bəzi ərazilərində qar yağacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında martın 21-də havanın qeyri-sabit keçəcəyi, günün ikinci yarısında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.



Güclü şimal-qərb küləyi əsəcək.



Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 3-5, gündüz 8-13 dərəcə isti olacağı ehtimalı var.



Bakıda və Abşeron yarımadasında martın 22-si axşamadək güclü küləkli hava şəraitinin olması və meteoroloji amillərin xeyli tərəddüdü meteohəssas insanlar üçün əlverişsiz olacaq. Lakin martın 23 və 24-də nisbətən mülayim yaz havası insanlarda xoş əhval-ruhiyyə yaradacaq.



Martın 21-də Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə hava dumanlı və çiskinli olacaq. Günün ikinci yarısından başlayaraq, bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Arabir güclü qərb küləyi əsəcək.



Aran rayonlarında temperaturun gecə 3-8, gündüz 13-18, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.


Teqlər:
Bu xəbər cəmi 1345 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR