Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 11,56% azalıb.
Ticarət dövriyyəsinin 3 mlrd. 778 mln. 508 min dolları ixracın, 1 mlrd. 189 mln. 881 min dolları isə idxalın payına düşüb.
Bu ilin ilk iki ayında ixrac 9,69%, idxal isə 17,01% azalıb.
Yanvar-fevral aylarında 912 çeşiddə mal ixrac olunub, 3 955 çeşiddə isə mal idxal olunub.
Hesabat dövründə Azərbaycanın ticarət dövriyyəsində 2 mlrd. 588 mln. 626 min dollar məbləğində müsbət saldo yaranıb.