Martın 23-dən sonra ölkə ərazisində mülayim hava şəraiti hökm sürməyə, havanın temperaturu yüksəlməyə başlayacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva məlumat verib.
U.Tağıyeva deyib ki, əvvəlcədən xəbər verildiyi kimi, Novruz bayramının ilk günlərində- martın 20, 21, 22-də ölkə ərazisində hava küləkli olacaq.
Martın 20-də günorta saatlarında ölkə ərazisində çənub küləyi güclənəcək. Martın 21-dən martın 22-i axşamadək güclü şimal-qərb küləyi üstünlük təşkil edəcək.
Martın 20-də ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək. Martın 21-də günün ikinci yarısından başlayaraq, havanın yağıntılı olacağı ehtimal olunur. Martın 21-dən martın 22-ə keçən gecə və martın 22-də səhər saatlarında bəzi ərazilərdə hava şəraitinin yağıntılı olacağı istisna edilmir.
Martın 23-dən başlayaraq, hava şəraiti sabitləşəcək. Ökə ərazisində əsasən, yağmuyrsuz, mülayim hava şəraiti hökm sürəcək. Martın 23-dən sonra havanın temperataturu yüksəlməyə başlayacaq.
U.Tağıyeva deyib ki, martın 20-də Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 12-17 dərəcə iosti olacağı gözlənilir. Martın 21-də günün birinci yarısında 11-16, günün ikinci yarısısnda isə-axşama doğru havanın temperaturu enməyə başlayacaq və 6-9 dərəcə isti olacaq.
Martın 22-də havanın temperaturu əvvəlki günlərlə müqayisədə enəcək. Bakıda gündüz saatlartında 6-10 dərəcə isti gözlənilir.