Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Səlim Müslümov: “Bir evi özünün, birini arvadının adına alıb, deyir, birini də verməsəniz...”

Səlim Müslümov: “Bir evi özünün, birini arvadının adına alıb, deyir, birini də verməsəniz...”


“Bir dəfə ev alıb, ikinci dəfə arvadının adına alıb, bir bağ evi var. İndi də deyir ki, yenə ev verin. Yoxsa özümü yandıracağam”.  Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov keçirdiyi mətbuat konfransında Qarabağ əlillərinə veriləcək evlərlə bağlı danışarkən deyib. Nazir bildirib ki, qeyri-qanuni yolla ev alanların qarşısını almaq üçün müvafiq tədbirlər görüləcək.



 Prezident İlham Əliyevin Qarabağ əlilləri ilə bağlı sərəncamını xatırladan nazir bildirib ki,



aprelin 1-dən ümumi xəstəlik səbəbindən, habelə hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I qrup əlilliyə görə sosial müavinət alan şəxslərə, yəni respublika üzrə ümumilikdə 14 620 nəfərə prezidentin təqaüdünün ödənilməsinə başlanacaq. Bu tədbir əmək pensiyası almaq hüququ olmayan və yalnız sosial müavinət alan I qrup əlillərə şamil olunur. Beləliklə, həmin insanlar sosial müavinət olaraq hər ay aldıqları 67 manat məbləğində vəsaitlə birgə 60 manat məbləğində Prezident təqaüdü də alacaqlar. Bu artımlara il ərzində 10,5 mln. manat xərclənəcək.



 



Səlim Müslümov bildirib ki, müharibə əlillərinin təqaüdünün artırılması ilə bağlı fərman 11821 nəfərə şamil olunacaq. Bu artımların təmin olunmasına dövlət büdcəsindən bir il üçün 6.2 milyon manat vəsait yönəldiləcək.



 



Prezidentin digər sərəncamından danışan  nazir bildirib ki, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları ali təhsil müəssisələrində  dövlət büdcəsi ilə təhsil alacaqlar. Sərəncamın şamil olunacağı 600-ə yaxın təhsil alan vətəndaşın təhsil haqqının ödənilməsi üçün 1 ildə təxminən 1.2 milyon manat vəsait sərf ediləcək. 


Teqlər:
Bu xəbər cəmi 2490 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR