Azərbaycanda son yarım ildə ikinci dəfə siqaret və tütün məhsullarının qiyməti bahalanıb.
Musavat.com-un siqaret satılan kiosklarda apardığı monitorinq nəticəsində məlum olub ki, əksər siqaretlərdə bahalanma 10-20 qəpik arasında dəyişir.
Siqaret satıcılarından aldığımız məlumata görə, bahalanma martın 16-dan start götürüb. Bahalanmanın əsas səbəbləri hələlik məlum olmasa da, satıcılar yeni qiymətlərin topdansatış məntəqələri tərəfindən müəyyənləşdirildiyini bildiriblər.