Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sumqayıt avtobusları Bakıya buraxılmayacaq

Sumqayıt avtobusları Bakıya buraxılmayacaq


Bakı Metropoliteninin “Avtovağzal” stansiyasının açılışından sonra avtobusların hərəkət istiqamətində dəyişikliklər olacaq. Bundan sonra Sumqayıtdan avtovağzal istiqamətində hərəkət edən ictimai nəqliyyat vasitələri son dayanacağını “Riyad” Ticarət Mərkəzində edəcəklər.



Modern.az saytına açıqlamasında Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov da bu variantı istisna etməyib. Onun sözlərinə görə, “Avtovağzal” stansiyasının açılışından sonra nəqliyyatın hərəkət sxemində dəyişiklik olacaq. Tıxacların aradan qaldırılması üçün kompleks tədbirlər planında belə bir müzakirələr var.



Sumqayıtdan Bakıya axını tənzimləmək üçün həmin istiqamətdə üç zolaqlı xüsusi yol çəkilir. Təbii ki, bu da həmin istiqamətdə tıxacların aradan qaldırılması məqsədilə edilir. Metronun “Avtovağzal” stansiyasının açılışından sonra avtobusların hərəkət istiqamətində dəyişikliklər olacaq. Sumqayıt-Bakı avtobusları “Riyad” Ticarət Mərkəzində dayanacaqlar və oradan Bakı istiqamətinə hərəkət davam etdiriləcək. Təbii ki, bu barədə danışmaq hələ ki, tezdir. Çünki hər bir hərəkət sxemi, elektron xəritə hazır olandan sonra nə isə demək olar. Amma indidən hansı avtobusun harada dayanması ilə bağlı təsdiq olunmuş plan yoxdur. Bəli, tıxacların aradan qaldırılması üçün kompleks tədbirlər planında belə bir müzakirələr var. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik”.


Teqlər:
Bu xəbər cəmi 1670 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR