QOÇ - Bütün enerjinizi məhəbbət amilinə yönəldin. Xırda umu-küsüləri və konfliktləri qaydasına salmağa çalışın. Bunu etməsəniz, Göy qübbəsinin qəzəbinə gəlib xəstələnə bilərsiniz.
BUĞA - Kifayət qədər səmərəli gündür. İşbirliyi qurduğunuz adamlarla perspektivli nəticələr əldə edə bilərsiniz. Ulduzlar daha çox maliyyə baxımından uğurlara yiyələnəcəyinizi bildirir.
ƏKİZLƏR - Sizə dəxli olmayan məsələlərə az müdaxilə edin. Onsuz da son məqamda yardımçı olduğunuz şəxslər özünüzə qarşı yönələcək. Günün ikinci yarısında yaxın qohumlara baş çəkin.
XƏRÇƏNG - Yersiz lovğalıq, mənəm-mənəmlik sizə başucalığı gətirən deyil. Bu amili nəzərə alıb ünsiyyətdə olduğunuz adamlara qarşı mərhəmətli davranın. Yeni əlaqələrdən çəkinməyin.
ŞİR - İnsanlarla münasibətdə vəziyyət heç də ürəkaçan olmayacaq. Ola bilsin ki, sizə qarşı təxribat da törədilsin. Hər halda tədbirli olmağınız lazımdır. Axşam qonaqlıq görünür.
QIZ - İxtiyarınızda bir qədər mistik gün durur. Tanrıya xoş getməyən əməllərdən çəkinin. Ulduzlar gün ərzində büdcənizin xeyli ağırlaşacağını bəyan edir. Buna hazır olun.
TƏRƏZİ - Martın ən yaxşı günlərindən birini yaşayacaqsınız. Bu baxımdan fəaliyyət zəminində uğurlarınız daha çox olacaq. Sövdələşmələrdə qarşı tərəfin mövqeyini mütləq nəzərə alın.
ƏQRƏB - Fəaliyyətə ara verməyiniz məsləhətdir. Yaxşı olar ki, ürəyinizə yaxın olan simsarlarınızla bir yerdə olasınız. Bu, daxili nisgilinizi azalda bilər. Ziyarətə getmək də olar.
OXATAN - Fərdi fəaliyyət prinsipində müsbət dönüş yaratmaq istəyirsinizsə, bu təqvimdən maksimum istifadə edin. Əks təqdirdə yaxın günlərdə bu şansı itirəcəksiniz. Hamıya mehriban olun.
OĞLAQ - Xeyirxah Fikir, Xeyirxah Söz, Xeyirxah Əməl - ulu Zərdüştün bu tövsiyələri nə qədər ki, qəlbinizə hopmayıb, taledən mərhəmət gözləməyin. İndi seçim sizindir, başlamağa dəyər.
SUTÖKƏN - Səfər və qonaqlıq üçün ideal gündür. Əgər maddi durumunuz buna imkan verirsə, yola düşməyə dəyər. Yaxşı bilirsiniz ki, sizin üçün darıxanlar və yolunuzu gözləyənlər çoxdur.
BALIQLAR - Astroloji göstəricilər şəxsi münasibətlərinizi düzəltmək üçün gözəl imkan qazanacağınızı bildirir. Dəvətlərdən qaçmayın. Axşam dünyadan getmişlərinizə dualar oxuyun.