Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Referendum” Krımın taleyini həll edir

“Referendum” Krımın taleyini həll edir


50 min moskvalı Putinə etiraz aksiyası keçirib; Mustafa Cəmiloğlu isə bildirib ki, Krım tatarları heç bir halda öz torpaqlarının tərk etməyəcək



Martın 16-da (bu gün) Krımda referendum keçirilir. Özünü Krımın rəhbəri təyin etmiş Arsenovun 3 həftə öncə aldığı qərara görə əhali seçki məntəqələrinə gəlib yarımadanın Ukraynada qalmasının, yoxsa Rusiya ərazisinə keçməsinin tərəfdarı olduqlarını bildirməlidirlər.



 


 


Krımın yerli əhalisinin bir hissəsi, xüsusən Krım tatarları referenduma qatılmayacaqlarını bildiriblər. Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov ötən həftədən xalqa müraciət edərək Rusiyanın boyunduruğunu qəbul etməməyə çağırıb.


 


Mərkəzi hakimiyyət isə tabeçilikdən çıxan Krım parlamentini buraxıb. Ali Radanın martın 15-də keçirilən sessiyasında deputatlar qərarın lehinə səs veriblər.


 


Krımda isə etiraz mitinqləri ötən gün də davam edib. Ailələri ilə Simferopolun küçələrinə çıxan Krım tatarları Rusiya əleyhinə şüarlar səsləndirib, Ukrayna sərhədlərinin dəyişdirilməsi etiraz ediblər.






Onu da bildirək ki, martın 14-dən Brüsseldə Avropa institutları ilə danışıqlar aparan Krım tatarlarının lideri Mustafa Cəmiloğlu Avropa Birliyi vbirlərə çağırıb. M.Cəmiloğlu onu da bildirib ki, Krım tatarları heç bir halda öz torpaqlarının tərk etməyəcək.


 


 


Krım bankları martın 15-dən işləmir. Yerli sakinlər bildirir ki, bankomatlarda günlərdir pul yoxdur.


 


Ukrayna ərazisini işğal edən Kremli təkcə Qərb yox, həm də Rusiya vətəndaşları tənqid edir. Ötən gün Moskvanın mərkəzində 50 mindən artıq insan Kremlin Krımı işğal etməklə ölkəni dünyadan təcrid etmək siyasətinə etiraz olaraq yürüş keçirib. Əllərində Ukrayna bayrağını tutan insanlar Vladimir Putini Rusiyanı uçuruma aparmaqda ittiham edib, ondan Krımdan əl çəkməsini tələb edib. Bir çox Moskva sakini yürüşdəkilərlə həmrəyliyini ifadə etmək üçün eyvanlarına Ukrayna bayrağı asıb. “Putin məhkəməliksən!”, “Putin, Ukraynada vətəndaş savaşını qızışdırma”, “Ukrayna, bizi bağışla”, “Putin, sənin ölkən qorxuncdur”, “Putinsiz Rusiya və Ukrayna uğrunda”, “Müəmmər Qəddafi = Putin” şüaları səsləndirən etirazçıların aksiyası 3 saata yaxın davam edib.


Avropa Şurasının Venesiyas Komissiyası artıq Krım referendumu ilə bağlı mövqeyini açıqlayıb. Martın 15-də yayılan rəsmi açıqlamada bildirilir ki, demokratik normalara cavab verməyən seçkilərin nəticələri ədalətli sayıla və tanına bilməz.


 


Avropa Şurasının konstitusiya hüququ üzrə ekspertləri bu haqda açıqlama verərkən bildirib ki, Krım seçkiləri heç bir hüquqa əsaslanmadığı üçün legitim sayıla bilməz: “Ukrayna Konstitusiyasına görə muxtar respublikanın referendum keçirmək səlahiyyəti yoxdur. Belə bir hüquq yalnız mərkəzi hakimiyyətdədir. Üstəlik seçkilərin keçirilmə şəraiti seçki prosesin üçün münasib deyil. Rusiyanın silahlı qüvvələrinin nəzarətində olan ərazidə insanların öz iradələrini azad ifadə etmələri mümkün deyil”.


 


“Amerikanın Səsi”nin Vaşinqton bürosu Rusiya-Ukrayna münasibətləri haqqında geniş məqalə yazıb. Müəllif iddia edir ki, Ukraynaya görə gərginləşən Qərb-Rusiya münasibətləri hələ xeyli müddət normallaşmayacaq. Məqalədə Türkiyənin bu məsələdəki möqqeyinə də yer ayırıb:"Amerika Krımın dondurulmuş bir kriz olaraq qalmasının tərəfdarıdır. Əgər Ukrayna Krımı itirsə belə ABŞ Krımın ilhaqını önləmək yollarını axtarır. Türkiyə Rusiyaya enerji məsələsində çox bağlıdır.  Bu səbəbdən Ukraynaya görə Türkiyəni Rusiyaya cəbhə açacağını düşünmək yersizdir. Krım tatarlarının dəstək istəməsinə baxmayaraq indi Türkiyə siyasəti üçün prioritet daxildəki gərgin durumu normallaşdırmaqdır. Bu səbəbdən yaxın zamanlarda Türkiyənin xarici siyasət məsələsinə nisbətən az zaman ayıracağı daha gözləniləndir.


  


Krımlılar bu gün keçiriləcək referendumu sosial şəbəkələrdə də geniş müzakirə edir. Krım Tatar Məclisi üzvlərinin də qatıldığı müzakirələrdə Ukraynanın Krımı müdafiə etməyə gücünün yetməyəcəyi bildirilir. Krımlılar düşünür ki, ən yaxşı halda yarımadanı Kuzey Kıprıs Türk Cümhuriyyətinin taleyi gözləyə bilər. Müzakirə iştirakçıları deyir ki, seçkidə özünü Krım hökumətinin rəhbəri elan edən Aksenov seçki qutularından Rusiyanın istəyinin lehinə 70 faiz səs “çıxaracaq”. “Refrendum”l Krımı ələ keçirən Kreml yarımadanı Ukraynadan tamamilə qoparacaq və savaş olmadan heç bir halda geri qaytarmayacaq. Ukrayna ilə Rusiyanın gücü bərabər olmadığından Kiyev Moskvaya savaş elan etməyəcək. NATO-ya gəlincə, o, Krım yarımadasına görə Rusiya ilə açıq savaşa lüzum görməyəcək. Beləliklə Krım faktiki Rusiyanın ərazisi olaraq yaşayacaq.


 


Aygün MURADXANLI

Teqlər:
Bu xəbər cəmi 1240 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR