Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Akademiyada kütləvi vəzifə dəyişiklikləri

Akademiyada kütləvi vəzifə dəyişiklikləri
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. İlk olaraq Geologiya və Geofizika İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov və müəssisənin aparıcı elmi işçisi, "Gənclər üçün Prezident Mükafatı” laureatı Rafiq Səfərovun "Azərbaycan ərazisinin GPS məlumatları əsasında müasir kinematikası və gərginlik analizi” adlı məruzəsi dinlənilib. Bildirilib ki, Geologiya və Geofizika İnstitutu ABŞ-ın Massaçusets Texnologiya Universiteti ilə birgə 1998-ci ildən etibarən ölkəmizin ərazisində geodinamik prosesləri öyrənir. Tədqiqatların hazırki mərhələsində yer qabığındakı deformasiyaların sürəti hesablanmış, sıxılma və gərilmə oxlarının istiqamətləri müəyyən edilmişdir. Məruzədə vurğulanıb ki, sıxılmalar Böyük Qafqaz, Qobustan, Kür çökəkliyi, Naxçıvan və İranla həmsərhəd ərazilərdə müşahidə olunur. Gərilmələr isə Kiçik Qafqazda Gədəbəy və Şuşa rayonları yaxınlığında özünü büruzə verir. Məruzə müzakirədən sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib. Sonra iclasda AMEA-nın yeni yaradılmış İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının əsasnaməsi və tərkibi təsdiq edilib. Əsasnaməyə görə, şuranın vəzifələri inkişaf proqramlarının hazırlanmasında elmi-texniki potensialdan istifadə etmək, innovasiya işində yerli, xarici, o cümlədən beynəlxalq elmi təşkilatların fəaliyyətini əlaqələndirmək və digər məsələlərdən ibarətdir. Akademiyanın Təhsil Nazirliyi ilə birgə Bakı və Sumqayıt məktəblilərinin kimya olimpiadasını təşkili haqqında da qərar qəbul edilib. Olimpiada 2015-ci ildə məktəblilərin Kimya üzrə Dünya Olimpiadasının Azərbaycanda keçirilməsi ilə əlaqədar planlaşdırılır. Rəyasət Heyətinin növbəti qərarları ilə Akademiyanın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsinin icrası AMEA-nın müxbir üzvü Teymur Kərimliyə həvalə edilib. Həmçinin, AMEA-nın müxbir üzvü Akif Əzizov Polimer Materialları İnstitutu, Kimya Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev isə Akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru vəzifələrini icra edəcəklər. Biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı isə Hüseyn Cavidin Ev Muzeyinin direktoru vəzifələrinə yenidən təyin olunub

Teqlər:
Bu xəbər cəmi 1110 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR