Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bir ayda 212 milyon...

Bir ayda 212 milyon...
2013-cü ilin yanvar ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 212 mln. manat təşkil edib.


Bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 11,4 mln. manat və ya 5,7 faiz çoxdur. İlkin məlumatlara əsasən, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2012-ci ilin müvafiq dövrünə nisbətən 10,2 faiz və ya 6,9 mln. manat artaraq 74,6 mln. manat təşkil edib.



Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 75,9 faizi və ya 56,6 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,6 faiz və ya 7,2 mln. manat artmış, proqnoz isə 115,3 faiz icra olunub.



Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 67,5 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə demək olar ki, 2 dəfə artıb.



2013-cü ilin yanvar ayında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 18,0 mln. manat təşkil edib. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

2013-cü ilin yanvar ayında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 197,2 mln. manat olub.



Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 195,2 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,3 mln. manat və ya 17 faiz çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 17,2 faiz və ya 28,2 mln. manat artaraq 192,4 mln. manat təşkil edib.

İlkin məlumatlara görə, 2013-cü ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 152 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 168 manat təşkil edib.

2013-cü ilin yanvar ayında əhaliyə 2,8 mln. manat məbləğində müavinət ödənilib.



Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 2,0 mln. manat (o cümlədən Dövlət Sosial Müdafiə Fondunun Aparatının və yerli orqanlarının saxlanılmasına 0,21 mln. manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinə 0,73 mln. manat, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə 1,1 mln. manat) təşkil etmişdir ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricidən 4,3 faiz azdır.


Teqlər:
Bu xəbər cəmi 1410 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR