Novruz bayramında əhalinin hər növ ərzaq və kənd təsərrüfatı malları ilə təmin olunması, bazardakı qiymətlərdən daha ucuz və keyfiyyətli məhsul əldə etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi 15-19 mart tarixlərində Bakı şəhərinin müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkalarını təşkil edəcək.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatı tam təmin olunacaq, seçim imkanları artacaq, eləcə də süni qiymət artımının qarşısı alınacaq.
Yarmarkalar 15-19 martda aşağıdakı ünvanlarda keçiriləcək:
Bakı şəhəri, Xətai rayonu:
- Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsindən H.Aslanov metrosuna düşən yolda.
Yasamal rayonu:
- Akim Abbasov küçəsi, İran klinikasının yanı.
Nərimanov rayonu:
- Gənclik metrosu, stadionun yanı.
Binəqədi rayonu:
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyinin həyəti.
Suraxanı rayonu:
- Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı.
Nəsimi rayonu:
- Təzə bazarın ərazisi.
Səbail rayonu:
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı.