Türkiyənin meteorologiya baş idarəsi İstanbula qar çovğunu gəlməsi barədə məlumat yayıb.
ANS PRESS-in məlumatına görə, idarə bildirib ki, Qara dənizin İstanbul yaxınlarında, Mərmərə və Egey dənizi ətraflarında şimal və şimal-şərq istiqamətlərdən əsən küləyin sürəti bu gün axşam saatlarından artıb və fırtına səviyyəsinə qədər qalxması gözlənir. Bazar ertəsi günündən etibarən isə Mərmərəyə qar gəlir.
Fırtınanın Mərmərədə bazar ertəsi günü günorta saatlarından sonra, Qara dənizin qərbinidə və Egeydə isə bazar ertəsi günü axşam saatlarından sonra təsirini itirəcəyi təxmin edilir.