Sabah Bakıda havanın maksimal temperaturu 8 dərəcə olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, martın 8-də Bakıda və Abşeron yarımadasında əsasən, axşam və gecə havanın bəzi yerlərdə yağıntılı olacağı, gündüz isə dəyişkən buludlu olacağı gözlənilir. Güclü şimal-qərb küləyi küləyi axşama doğru mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında da martın 8-də hava gündüz yağıntının tədircən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 2-7, gündüz 11-16 dərəcə isti olacaq. Dağlarda temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacağı proqnozlaşdırılır.