Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Ağdamda “Qarabağa doğru – Haqqın və haqqımızın səsi ilə" adlı keçirilən tədbirdə bildirib.
O deyib ki, vaxtı ilə Ağdam Cümə məscidindən verilmiş azanı buradan səsləndirməklə öz mübarizəmizi nümayiş etdiririk: "Mən dini icmalarimızın irəli sürdüyü təşəbbüsü - Haqqın və Haqqımızın səsi olan azanı ən azından hər Cümə günü ölkənin bütün məscidlərində səsləndirilməsi ilə bağli müraciət edirəm. Gəlin, bununla Qarabağa bir daha dəstək nümayiş etdirək. Burada olan Türkiyə, Pakistan, İran səfirliklərinin nümayəndələrinə müraciət edirəm. Onlar da bu azanı ölkələrində səsləndirsinlər və bununla Azərbaycanın haqq səsinə səs versinlər. Qoy, Haqqımızın səsi Şuşadan, Xocalıdan, Xankəndidən- bütün Qarabağdan eşidilsin. Biz doğma torpaqlarımıza, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında mütləq qayıdacağıq."