Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Tağı Əhmədovun işçiləri danışdı- “Bəlkə indən belə normal maaş alaq”

Tağı Əhmədovun işçiləri danışdı-  “Bəlkə indən belə normal maaş alaq”
“Səhərdən axşama qədər ayaq üstə durmağımızın müqabilində aldığımız maaşı dilimizə gətirməyə xəcalət çəkirik”


Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Tağı Əhmədovun işdən çıxarılması ilə bağlı metrostansiyalarda çalışan işçilər və həmçinin sərnişinlər arasında sorğu aparılıb.



, “Tağı Əhmədovun çıxarılmasından bizə nə?!” Bu sözləri “Neftçilər” stansiyasının qatar bələdçilərindən biri bizə söylədi. Bələdçi xanım dedi ki, rəisi işdən çıxarılmasına kədərlənmir. Adının açıqlanmasını istəməyən bələdçisi yeni rəisdən gözləntilərinin çox olduğunu bildirdi: “Gözləyirik ki, indi heç olmasa, normal maaş alarıq. Səhərdən axşama qədər ayaq üstə durmağımızın müqabilində aldığımız maaşı dilimizə gətirməyə xəcalət çəkirik”.



Digər bələdçilərin fikirlərini öyrənməyə çalışsaq da, onlar bu barədə danışmaq istəmədiklərini bildirdilər.



Bəs sərnişinlər nə düşünür?



Nadir Ağayev adlı sərnişin Bakı Metropolitenində baş verən kadr dəyişikliyini müsbətə qiymətləndirdi: “Ümumiyyətlə bizim ölkədə hansı sahədə olur-olsun, vəzifəyə yeni insan təyin olunanda, özünü qısa müddətdə də olsa göstərmək istəyir. Gündəlik metrodan istifadə edən bir sərnişin kimi, ən çox qatarların intervalının qısalmasını istəyirəm. Bəzən olur ki, qatar 10 dəqiqədən bir gəlir. Bu isə sərnişinlərin narahatçılığına səbəb olur. Bundan əlavə, metrolarda normal işləyən kondisionerlərin qoyulması, metro vaqonlarının dəyişdirilməsi çox vacibdir. İnanırıq ki, kadr dəyişikliyindən sonra bu problemlər həllini tapacaq”.



Kadr dəyişikliyi ilə bağlı Bakı Metropolitenin baş idarəsinə yollandıq. Ora çatan zaman bizə məlum oldu ki, Tağı Əhmədovun vəzifəsindən azad olunması işçilərdə də aqressiya yaradıb. 



“Bizə yuxarıdan xüsusi tapşırıq verilib ki, bu barədə danışmayaq” - deyə işçilər bizə sərt cavablar verdilər. Baş idarənin şəklini çəkmək istəyərkən, idarədən çıxan Şamil Heydərov adlı metropoliten işçisi bizi nalayiq söyüşlərlə təhqir edərək, əl-qol hərəkətləri ilə ərazidən uzaqlaşdırmaq istədi. Mübahisə yarandığı zaman daha 4 nəfər metropoliten işçisi bizə yaxınlaşaraq, ərazidən uzaqlaşmağımızı tələb etdilər. Biz bunun səbəbini soruşduqda, bunu ərazidə olan maşınların çəkiliş zamanı şəkillərə düşməsi ilə əlaqələndirdilər. Ərazidən uzaqlaşmayacağımız təqdirdə polis çağırıb, bizi həbs edəcəkləri ilə hədələdilər.



Xatırladaq ki, prezidentin fevralın 27-də verdiyi sərəncamla “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Zaur Hüseynov sədr təyin edilib. Tağı Əhmədov isə tutduğu vəzifədən uzaqlaşdırılıb. Musavat.com


Teqlər:
Bu xəbər cəmi 1385 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR