Yanvar ayının əvvəlindən “sovetski” deyilən ərazidə köhnə tikililərin söküləyəcəyi qərarı Bakı şəhərinin torpaq bazarında qiymətlərin artması ilə nəticələnib.
"MBA Consulting Group" şirkətinin torpaq bazarında apardıqları müşahidələrin nəticəsinə görə torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən -3,92% azalıb. Yanvar ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 2,35% artaraq 17 240 dollar/sot səviyyəsindən 17 646 dollar/sot səviyyəsində qərarlaşıb.
2014-cü ilin ilk ayında Bakı şəhərinin əksər rayonları üzrə qiymət artımı müşahidə olunmasına baxmayaraq Xətai, Abşeron, Qaradağ və Sabunçu rayonlarında qiymət azalması müşahidə olunub. Qeyd edək ki, əvvəlki dekabr ayında da bu rayonlarda qiymət artımı qeydə alınıb. Ən çox qiymət azalması mərkəzdənkənar rayonlarda qeydə alınıb. Hazırda torpaq bazarında ən aktiv rayonlar Nəsimi, Yasamal, Nərimanov rayonları, ən passiv rayon isə Sabunçu və Qaradağ rayonlarıdır.
Ay ərzində torpaq bazarına təklif olunan ümumi 631 ədəd torpaq sahəsinin 90.0%-i boş sahə, qalanı isə qеyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil еdib. Yеni tikililərin salındığı torpaq sahələrinin 20.1%-i köhnə yararsız еvlərin sökülməsi, 5.5%-i kеçmiş sənayе və məişət obyеktlərinin yеrləşdiyi torpaqlarda, qalan hissəsi isə yеni torpaqların alınması hеsabına aparılıbdır. Təklif portfelində torpaq sahələrinin orta sahəsi 52,04% artaraq 40,3 sot/sahə təşkil edib.
Qiymətlərin və torpağa olan tələbin artması təklif portfelinin həcmində son ayda azalması ilə müşahidə olunub. Ay ərzində torpaq bazarında təklif portfelinin həcminin azalması demək olar ki, şəhərin bütün hissələrində müşahidə edilib. Bazarda təklifin azalması təbii ki, satışın həcminin alıcıların gözləmə mövqeyinə üstünlük vermələri ilə bağlı olub.
2014-cü il yanvar ayı ərzində Bakı şəhəri torpaq bazarında orta qiymətlər qeyd edildiyi kimi artım ilə yadda qalıb. Qiymət indеksi ay ərzində 2,35% artaraq 8,832 səviyyəsində qərarlaşıb. 1 sot torpağın orta qiyməti də uyğun olaraq artaraq 17 646 dollar/sota çatıb.
Tələb müxtəlif templə də olsa, əksər rayonlarda artım ilə seçilib və nəticədə fərdi tikintinin artması bazarda təklifin sayına da öz təsirini göstərib.
Ümumən təklifin qıtlığı şəhərin mərkəzi ərazisində davam edir. Bu vəziyyət isə şəhərin mərkəzində boş torpaq sahələrinin azalması və söküntü işlərinin həcminin artması ilə izah olunur.
Ay ərzində bazara təklif еdilən ən bahalı torpaq sahəsi Nəsimi rayonunda (350 000 $/sot), ən ucuz torpaq sahəsi isə Abşeron rayonu, Masazır qəsəbəsində (383$/sot) qеydə alınıb.
Qiymətlərin artması bir tərəfdən qış mövsümünün tədricən sona yaxınlaşması ilə izah edilirsə, digər tərəfdən isə şəhərdə söküntü və bundan doğan fəsadlarla və tikintiyə icazənin sərtləndirilməsi əlaqələndirilir.