Ukraynanın UDAR partiyasının lideri Vitali Kliçko prezident seçkilərində iştirak etmək niyyətindədir.
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu V.Kliçko jurnalistlərə açıqlamasında özü deyib.
“Mən prezident seçkilərində iştirak edəcəm. Çünki əminəm ki, Ukraynada oyun qaydalarını tamamilə dəyişmək lazımdır. Ədalət olmalıdır. Mən əminəm ki, bunu etmək mümkündür”, - deyə o vurğulayıb