Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sabir Rüstəmxanlı məmurları tənqid etdi

Sabir Rüstəmxanlı məmurları tənqid etdi
"Xəzər sahillərini bir sıra adamlar tərəfindən işğalına şərait yaratmışıq. Nabrandan Astara sahillərinə qədər hər yer işğal olunub".


Bu sözləri millət vəkili Sabir Rüstməxanlı "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında" Protokolunun təsdiq edilməsi barədə qanununun layihəsi haqqında danışarkən deyib:



"Kimlər tərəfindən oluğu bilinmir. Bir də görürsən 200- 300 metr uzunluğunda hasar çəkilib. Burdan  çıxırsan Ələtə qədər dənizi görmək mümkün deyil. Birinin pulu çox olar, imkanı vəzufəsi yüksək olar. Bu o demək deyil ki,  bu imkandan istefa edib millətin olan dənizini zəbt etməlidirlər. Hasar da çəkir ki orda nə iş aparıldığı görülməsin.  Hesab edirəm ki, iştahları bu qədər güclüdürsə Qobustan qayaları boşdur. Hər varlı imkanlı adama bir dağ bağışlayaq . Gedib orda nə istəyirlərsə tiksinlər. Amma dənizin içinə girməsinlər. Bu dəniz millətin olmalıdır. Dənizin kənarında Mayak var. O tarixi abidədir, mayakın dörd tərəfini oyub yeyiblər. Qumun aparıblar. Mayak ortada tək qalıb. İndi onu da uçuracaqlar.  Mağaralar var. O da kiminsə hasarının içindədir. Bu cür özbaşınalıq, cəzasızlıq ola bilməz. Biz gərək dənizin ekologiyasını da qoruyaq . 



Vaxtilə qanun var idi ki, dənizdən 125 metr uzaqlıqda tikinti apara bilərsən. Sonralar kimlərinsə təzyiqi ilə bu 50 metrə endirildi ki, millət dənizə həsrət qalsın, bu da sanki Qarabağdır verdik bir dəstə adama. Belə şey olmaz".


Teqlər:
Bu xəbər cəmi 1705 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR