Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovla bağlı məhkəmə prosesi keçirilib.
Musavat.com-un əmöəkdaşının verdiyi xəbərə görə, hakim Ə.Babayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Bakı Apelyasiya Məhkəməsi, Əli İnsanov haqqında 2007-ci ildə çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, Əli İnsanov məhkəmə iclasından öncə prosesdə iştirak etməyəcəyini bəyanlamışdı. Ancaq buna baxmayaraq, məhkəmə binasına gətirilən Əli İnsanov iclas zalına girməkdən imtina edib.
Əməkdaşımızın verdiyi xəbərə görə, Bakı Apelyasiya Məhkəməsinin çıxartdığı son qərardan narazı qalıb. Ona görə də, məhkəmə binası qarşısında toplaşan jurnalistlərə tezliklə Əli İnsanovun etiraz bəyanatının paylanacağı bildirilir.