Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Asan xidmət”dən “kupça”ları kim ala bilər?

“Asan xidmət”dən “kupça”ları kim ala bilər?


“2006-cı ilə qədər mülkiyyətin dövlət qeydiyyatını təsdiq edən sənəd kimi qeydiyyat vəsiqələri verilirdi və vətəndaşları çaşdıran məqam da budur”. Bu sözləri “Axar.az”ın mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi ilə bağı sualını cavablandıran “Asan xidmət”in ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov deyib. Fevralın 22-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“Asan xidmət”) mərkəzlərində mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların (“kupça”) verilməsinə başlanılıb. Məsələ ilə bağlı “Asan xidmət”in ictimaiyyətlə əlaqələr sektorundan kütləvi informasiya vasitələrinə verilən məlumatda deyilir ki, fevralın 22-dən etibarən vətəndaşlar "kupça”ları həm "ASAN Xidmət” mərkəzlərindən, həm də Əmlak Məsələləri Dövlət Komitəsinin ənənəvi mərkəzlərindən əldə edə biləcəklər. Amma əldə etdiyimiz məlumata görə, qurumun göstərdiyi bu xidmətdə müəyyən məhdudiyyətlər var. Belə ki, “Asan xidmət” mərkəzlərində yalnız 2006-ci ildən sonra qeydiyyata alınmış mənzillərə və həyət evlərinə təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar verilir. Həmin ilə qədər qeydiyyata alınmış mənzil sahibləri isə yenidən sənədləşməni Əmlak Məsələləri Dövlət Komitəsinin ənənəvi mərkəzlərində həyata keçirməlidilər. Bu məsələ isə “Asan xidmət”in xidmətlərindən istifadə etmək istəyən vətəndaşlar arasında çaşqınlıq yaradıb. Xidmətin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Hüseynov isə “Asan xidmət”də bu xidmətin hələ təzə fəaliyyətə başladığını və artıq ilk müraciətlərin olduğunu bildirdi: “Bilirsiniz ki, “Asan xidmət” mərkəzlərində bu xidməti həmin məsələlərlə məşğul olan qurumun rəhbərliyi həyata keçirir. Bizim vəzifəmiz onlara müvafiq şəraiti yaratmaqdır. Qaldı dediyiniz məsələyə, bildiyiniz kimi, 2006-cı ilə qədər mülkiyyətin dövlət qeydiyyatını təsdiq edən sənəd kimi qeydiyyat vəsiqələri verilirdi və vətəndaşları çaşdıran məqam da budur. Məhz həmin qeydiyyat vəsiqələri olmayan ev sahibləri müvafiq dövlət qurumundan həmin sənədi yenidən almalı, yaxud onun itirilməsini təsdiq edən sənəd gətirməlidir. Amma ümumilikdə “Asan xidmət” mərkəzlərində bu məsələ ilə bağlı bütün vətəndaşlara xidmət göstərilir”. 


Teqlər:
Bu xəbər cəmi 1365 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR