Dəhlizdə daşınmış yüklərin 46,5 faizi avtomobil, 36,2 faizi dəmir yolu, 17,3 faizi dəniz nəqliyyatının payına düşmüş, avtomobil nəqliyyatında 9,0 faiz, dəmir yolu nəqliyyatında 0,2 faiz artım qeydə alınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 25 faizini və ya 14,8 milyon tonunu tranzit yüklər təşkil edib.
Yük daşımaları fəaliyyətindən 476,3 milyon manat, sərnişin daşınmasından isə 106,5 milyon manat gəlir əldə olunub və müvafiq olaraq 7,5 faiz və 15,8 faiz artıb.