Tənqidçilər bildirirlər ki, Avropaittifaqının qüsuru, onun aparıcı təşkilatı olan Komissiyanınprezidentinin birbaşa seçkilərlə seçilməməsidir. Bəzi ölkələr noyabrayında yeni rəhbərlik formalaşana qədər komissarlığa namizədlərinin mayayındakı Avropa seçkilərində iştirak etməsini istəyirlər.
Slovakiyanın baş naziri Robert Fiko özmərkəz-solçu partiyasını Avropada təmsil etmək üçün Avropa komissiyasınınhazırkı vitse-prezidenti Maros Şefçoviçin namizədliyini irəli sürmüş, Şefçoviçinövbəti Komissiya üçün ölkəsinin rəsmi namizədi elan etmişdir.
Şefçoviç «Reuters» agentliyinə komissiyanın«demokratik qüsurunun» ötən 4 ildə müntəzəm olaraq aradan qaldırıldığınıbildirib.
«Avropa İnteqrasiyasının bu yaxınlardamöhkəmlənməsi Komissiyanın getdikcə daha çox siyasi rol oynadığını göstərir.Bütövlükdə Avropa demokratik legitimliyin artırılmasına əvvəlkindən də çoxehtiyac duyur». - Şefçoviç cümə axşamı Brüssel ofisində müsahibə verərkən belədeyib.
İngilis, fransız, rus və alman dillərini bilən 47yaşlı Şefçoviç seçkilərdə yalnız deyil. Komissiyanın iqtisadi məsələlər üzrərəhbəri Olli Reyn də mübarizəyə qoşula və digər avrokomissarlar da seçkidəiştirak edə bilərlər.
Komissiyanın prezidenti Joze ManuelBarrozunun yerinə namizədin seçilməsi də, ilk dəfə olaraq 2009-cu ildənqüvvəyə minmiş Lissabon sazişinin Avropa seçkiləri ilə bağlı nəzərdə tutduğuşərtlərə uyğun həyata keçiriləcək.
Şefçoviç Avropa Parlmentində həmişəmərkəz-solçu sosialist və demokratlarla əməkdaşlıq etmişdir. Onlar komissiyanınnövbəti prezidentliyinə aparıcı namizəd kimi Avropa Parlamentinin prezidentiMartin Şultsun namizədliyini irəli sürmüşdülər.
Şults və Şefçoviç hər ikisivətəndaşların Avropa İttifaqına inamını bərpa etməyin çox vacib olduğunubildiriblər. Aİ tədqiqatlarına görə, avropalıların üçdə ikisi ittifaqda onlarınsəslərinin hesaba alınmadığını bildiriblər, təkcə 31 faiz səsverməyə etibaretdiyini bildirib.