Bakının “Sovetski” adlanan məhəllələrinin sökülməsi ilə bağlı Baş nazirin müavini Abid Şərifov ANS-ə eksklüziv müsahibə verib. Abid Şərifov deyib ki, söküntü dövlət sifarişi ilə aparılmır.
Martın 3-də komissiyanın yenidən toplanacağı gözlənilir.
Narazılıqlarla bağlı baş nazirin müavini bildirib ki, heç kəs evindən məcburi çıxarılmayacaq. Əsas müzakirələr mənzilinin kvadrat metri az olan sakinlərlərin problemləri ilə bağlı olacaq.
Baş nazirin müavini, Abid Şərifov: “Bunlar nə istəyrlər-deyirlər bizə ev tikin verin şəhərin mərkəzində, çünki Sovetski şəhərin mərkəzində yerləşir. Belə bir praktika bizdə olmayıb. Onu da deyim ki, 1500 manata Bakının kənarında, istərsə də mərkəziində ev almaq olar. Problem o ola bilər ki, evin sahəsı azdı”. (anspress.com)