Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Günəşdə partlayış olacaq

Günəşdə partlayış olacaq


"Bu gün geomaqnit fəallığı yüksək olacaq, Günəşdə isə 35-40 % ehtimalla partlama baş verəcək".



Bunu Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev ANS PRESS-ə açıqlamasında bildirib. Hazırda həyəcanlanma var, amma maqnit qasırğası yoxdur: "Həyəcanlanma bu gün, sabah da davam edəcək. Bu gün geomaqnit fəallığı yüksək olacaq, Günəşdə 5 % ehtimal da varki güclü rentgen alışması olsun".



E. Babayev fevralın 19-20 tarixlərindən Günəşdə fəallığın artdığını və geomaqnit qasırğasının baş verdiyini xatırladıb: "Buna səbəb günəşin diskində 140-a yaxın Günəş ləkəsinin və 7 aktiv ləkə qrupunun müşahidə olunmasıdır. Bunların siyahısında 1982 nömrəli Günəş ləkəsi daha fəaldır, onun maqnit quruluşu da mürəkkəbdir, həm də geoeffektiv vəziyyətdə yerləşir".



Elçin Babayev partlayışın təsirinin Azərbaycanda nə dərəcədə hiss olacağına aydınlıq gətirib: “Adətən bu cür hallar yerdə, yuxarı N dairəsində yerləşən ölkələr üçün daha təsiredici olur. Azərbaycan isə orta N dairəsində yerləşdiyi üçün təsiri azdı”. 



Mütəxəssislər bu hadisənin xüsusilə elektronik cihazlar və ürək xəstələri üzərində təsirli olacağını ehtimal edirlər. Hətta bəzi insanların reflekslərində nasazlıqlar meydana gələ bilər. Bu, yuxusuzluq, sürətli qərar verə bilməmə, əsəb sistemində narahatlıq və baş ağrısı kimi özünü göstərə bilər. 



Qeyd edək ki, 19-20 fevral tarixlərində geomaqnit sahəsi özünü çox güclü göstərib. Geomaqnit fəallığı 5 ballıq sistemdə 2 bal həcmində qiymətləndirilib. Fəallığın əsas səbəbi isə yer ətrafı günəş partlamasından sonra fəzaya atılmış plazma kütlələrinin yerə gəlib çatmasıdır.


Teqlər:
Bu xəbər cəmi 1165 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR