Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, fevralın 23-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə az yağıntı olacaq. Şimal-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında da fevralın 23-də hava bəzi yerlərdə yağıntılı olacaq. Mülayim şərb küləyi əsəcək. Dağətəyi və dağlıq rayonlarda qar yağacaq.
Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq. Dağlarda temperatur gecə 1-6 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəydək isti proqnozlaşdırılır.
Bu cür hava şəraiti fevralın 24-nə kimi davam edəcək.
G.Məmmədova həmçinin bildirib ki, fevralın 22-nə keçən gecə Sarıbaşda 15 sm Qubada isə 5 sm hündürlüyündə qar yağıb.