Londonda bionik insan yaradılıb.
Robort bütünlüklə süni orqanlardan ibarətdir. “Reks” adlı robotu “Shadow Robo” şirkətinin alimləri yığıb və dəyəri 1 milyon dollardır. Robotun süni ürəyi nano- materiallardan ibarət arteriyalara süni qan vurur. Reksin 76 orqanı bu gün cərrahi yolla ehtiyacı olan insanlara köçürülə bilər. Məsələn, robotun ayaqları iflic olmuş insan ayaqlarını əvəzləyə bilər. Reks danışıq sintezatorunun köməyi ilə danışır, süni göz vasitəsi ilə görür.
Psixoloq Bertold Meyer deyib ki, elmin insan üçün süni orqanların və bədənin hissələrinin yaradılması sahəsində hansı nailiyyətlər əldə etdiyini nümayiş etdirmək istəyiblər: “İndi sizin böyrəyiniz xəstədirsə, donor orqanı gözləməyə ehtiyac yoxdur, çünki onu əvəzləyəcək süni böyrək var. Ona görə də transplantasiya tezliklə yox olacaq”.
Bertold Meyerin özü nadan olarkən sol qolu olmayıb və hazırda bionik protezdən istifadə edir. Ancaq o, indidən insanları “başlarını itirməməyə” çağırır: “Bir zaman implant diş protezləri və kontakt linzalar kimi insanlar üçün əlçatan olacaq. Bəşəriyyət isə o zaman bir əxlaqi suala cavab verməli olacaq: Arzu edən hər kəsə təbii orqanlarını daha davamlı süni orqanlarla əvəzləməyə icazə vermək lazımdırmı?...”.