Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda ikinci dəfə “Bizim Teatr” festivalı keçiriləcək

Bakıda ikinci dəfə “Bizim Teatr” festivalı keçiriləcək
Bakıda martın 27-dən 29-dək “Bizim Teatr” adlı festival keçiriləcək.


Bakı Uşaq Teatrının “Bir teatr-bir festival” layihəsi çərçivəsində reallaşacaq festival artıq ikinci dəfədir ki, baş tutacaq.



Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə keçiriləcək festivalın məqsədi hər bir aktyorun diqqət mərkəzində olmasına şərait yaratmaq, onlara öz bacarıqlarını nümayiş etdirməyə imkan yaratmaqdır. Həmçinin Azərbaycanda festival ənənəsinin genişlənməsinə vasitəçi olmaqdır.



Hazırda Bakı Uşaq Teatrında çalışan hər aktyor ikinci festival üçün öz tamaşasını hazırlayır. Onlardan bəziləri mono, bəziləri isə, iki və daha artıq aktyorun iştirakı ilə qurulan tamaşalardır.



Festivalda iştirak üçün janr məhdudiyyəti qoyulmayıb və aktyorlar dünya klassiklərindən tutmuş müasir Azərbaycan ədəbiyyatına qədər müxtəlif əsərlərə müraciət ediblər. Ümumilikdə klassik, pantomim, eksperimental və sair janrlar olmaqla 13 tamaşa üzərində iş gedir.



Festivala yalnız birinci mərhələdən (daxili baxışdan) keçən tamaşalar buraxılacaq.

Festivalın açılışı martın 27-də Beynəlxalq Teatr Günündə Teatr Xadimləri İttifaqının tamaşa zalında olacaq. Ümumiyyətlə “Bizim Teatr” festivalı çərçivəsində bütün tamaşalar Teatr Xadimləri İttifaqının tamaşa zalının səhnə və foyesində nümayiş etdiriləcək.



Festivalın Təşkilat Komitəsindən verilən məlumata görə, festivala qonaq qismində Türkiyə, İran, Gürcüstandan da teatr kollektivlərinin qatılacağı gözlənilir.



Xatırladaq ki, Bakı Uşaq Teatrının daxilində 2011-ci ilin oktyabr ayında monotamaşalar festivalı keçirilib.


Teqlər:
Bu xəbər cəmi 1050 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR