Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Məktəb direktorlarına əlavə səlahiyyət verildi

Məktəb direktorlarına əlavə səlahiyyət verildi


Azərbaycanda orta məktəblərin dərs yükü olan direktor müavinləri tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması məsələsinə həmin məktəbin direktoru tərəfindən baxılacaq.



Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.08.2008-ci il tarixli 1019 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi Qaydaları"na əlavə edilməsi barədə təhsil naziri Mikayıl Cabbarov əmr verib.



Əmrdə qeyd edilir ki, Təhsil Nazirliyinin 28 iyun 2013-cü il tarixli 712 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu Qaydaları"na əsasən ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Ona görə də ümumi təhsil müəssisələrinin direktor müavinləri tutduqları vəzifədən azad edilərkən onların məktəbdə müəllim kimi işdə saxlanılması və ya həmin məktəbdə müvafiq vakant yer olmadıqda tələbat olan digər məktəbdə müəllim kimi işlə təmin edilməsi məsələsinin tənzimlənməsində çətinliklər yaranır. Bunu nəzərə alaraq, "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi Qaydaları"na yeni bənd əlavə edilib.



Bu əlavəyə əsasən, ümumi təhsil müəssisələrinin dərs yükü olan direktor müavinləri tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması və ya müvafiq vakant yer olmadığı halda, rayonun (şəhərin) həmin fəndən müəllimə tələbat olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi təhsil şöbəsi (idarəsi) ilə razılaşdırılmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçiriləcək.


Teqlər:
Bu xəbər cəmi 1065 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR