Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tərəvəzçilik, çörək istehsalı və digər sahələrin inkişafına yönəldiləcək.
Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi 70-dən çox iş yerinin yaradılmasına imkan verir.
Ümumiyyətlə, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 511 investisiya layihəsinin maliyyələşdirilməsinə 13,1 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 1200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bildirək ki, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3664 investisiya layihəsinin maliyyələşdirilməsinə verilən güzəştli kreditlərin həcmi 134,5 milyon manat təşkil edib. Verilmiş kreditlər 20 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir.