Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 10 illiyi qeyd olunur

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 10 illiyi qeyd olunur
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaranmasının 10 ili tamam olur.


Nazirlik Azərbaycan Prezidenti İlham Əliyevin 20 fevral 2004-cü il tarixli Sərəncamı ilə keçmiş Rabitə Nazirliyinin bazası əsasında təsis edilib.



Nazirlikdən bildirilib ki, 2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması sektorun uğurlarını daha da artırıb:



“2013-cü ilin fevral ayının 8-də Azərbaycanın ilk milli telekommunikasiya peykinin orbitə göndərilməsi ilə Azərbaycan dünya kosmik ailəsinin fəal üzvlərindən birinə çevrildi və kosmik sənayenin inkişafı istiqamətində uğurlu işlərə imza atdı.



Azərbaycan hökumətinin təşəbbüsü ilə irəli sürülən “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi BMT-nin ən üst qurumları tərəfindən dəfələrlə yekdilliklə dəstəklənib və bu layihənin icrası istiqamətində real işlərə başlanılıb”.



Qeyd olunub ki, İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması ilə bağlı Prezident sərəncamları isə gələcəyə hesablanmış işlərin həyata keçirilməsinə stimul yaradıb.



Bu gün ölkədə göstərilən elektron xidmətlərin sayı və çeşidi durmadan artır. “Elektron hökumət” saytında təqdim edilən xidmətlərdən ay ərzində təqribən 50 mindən çox insan istifadə edir. Nazirlər Kabinetinin təsdiq etdiyi 428 xidmət növündən 249-u “Elektron hökumət” və müvafiq dövlət qurumlarının portallarına inteqrasiya edilib. İndiyədək əhaliyə təxminən 820 mindən artıq elektron xidmət göstərilib.



Məlumatda bildirilib ki, həyata keçirilən işlərin uğurlu nəticəsi olaraq Azərbaycan nüfuzlu beynəlxalq qurum və təşkilatların reytinq cədvəllərində İKT sahəsində bir çox göstəricilərinə görə liderlər sırasındadır.



“Dünyanın aparıcı təşkilatlarından olan Dünya İqtisadi Forumunun “Qlobal informasiya texnologiyaları-2013” adlı hesabatına görə, Azərbaycan 144 ölkə arasında İKT-ni ölkədə prioritet sahə hesab edən dövlət kimi 9-cu, internetin əlçatanlığı göstəricisinə görə 20-ci, mobil rabitə tariflərinə görə 28-ci, internet tariflərinə görə 16-cı, sosial şəbəkələrdən istifadəyə görə isə 41-ci sırada qərarlaşır və internetin 70 faizlik istifadəçi sıxlığı ilə MDB və Mərkəzi Asiya ölkələri arasında liderlik mövqeyini qoruyub saxlayır.



Artıq ölkə əhalisinin 98 faizi rəqəmli yayımla əhatə olunub ki, bu texnoloji göstərici üzrə də Azərbaycan inkişaf etmiş ölkələr sırasında yer alıb.



Dövlət Neft Fondunun dəstəyi ilə start götürəcək “Genişzolaqlı internetin inkişafı layihəsi”nin reallaşdırılması, 4-cü nəsil rabitə və informasiya texnologiyalarının tətbiq olunması, milli informasiya resurslarının həcminin sürətlə artması uzunmüddətli inkişafın sadəcə başlanğıcıdır” - deyə məlumatda qeyd edilib..



Qeyd edək ki, Azərbaycanda rabitə sahəsində ilk nazirlik 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının təşəkkülündən sonra yaradılıb. O zaman bu struktur Poçt və Teleqraf Nazirliyi adlanıb.


Teqlər:
Bu xəbər cəmi 1425 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR