Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yeni müdafiə nazirindən tam yeni addım

Yeni müdafiə nazirindən  tam yeni addım


 



Amerika hökumətinin İraqa qarşı hərbi əməliyyat apardığı vaxtın bir deyimi heç yadımdan çıxmaz. Bu sözlər Qərbin adlı-sanlı generallarından biri İraq əməliyyatının heç cür uğur qazana bilmədiyini araşdıraraq, Amerikaya məsləhət kimi deyirdi ki, özünün 100 minlik qoşununun bacarmadığı bu işi Türkiyədəki az sayda “Özəl Tim”  hissəsinin əsgərləri qısa bir müddətdə icra edə bilərdilər. Düzünü deyim ki, bu “Özəl tim” haqqında o vaxt məlumatın çox az idi,  ona görə də dərinə getməmişdim.



Lakin, bu günlərdə yeni müdafiə naziri Zakir Həsənovun orduda quruculuq işlərinin tərkib hissəsi kimi könüllülər dəstəsi formalaşdırmaq barədə tədbirləri həmin məsələni bir daha yaddaşımızda canlandırdı .



Məsələ burasındadır ki, general-polkovnik Zakir Həsənov böyük hərbi təcrübəyə malik insanlardır. Könüllülər dəstəsinin yaradılmasının arxasında hansı zərurətin durduğunu o hamıdan yaxşı bilir. Bu dəstələr Türkiyədə vaxtilə yaradılmış, “Özəl tim” dəstələrinə bənzər olaraq yaradılacaqdır. Bütün qabaqcıl ölkələrdə, güclü orduya malik olan dövlətlərdə buna bənzər hissələr olmuşdur.



Keçmiş Sovetlər İttifaqında mövcud olmuş OMON (XTMD) üzvlərinin döyüş bacarıqları kimə bəlli deyil ki?



General-polkovnik Zakir Həsənov 1985-1993-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında işləmiş və həmin proseslərin təşkilatçılarından olmuşdur. Respublikamızın müharibə şəraitində olduğunu nəzərə alaraq deməliyik ki, bu yeni istiqamət çox zəruri bir addımdır. Istər sülh şəraitində, istərsə də müharibə şəraitində güclü ordunun bu cür xüsusiləşmiş dəstələrə, çevik, yüksək döyüş hazırlıqlarına malik əsgərlərə böyük ehtiyacı vardır. Həmin insanlar – müraciət edən könüllülərdən xüsusi qaydada seçilərək yoxlanılacaqdır. Onlar xüsusi ordu hissələrində hərbi xidmət keçmiş, adamlar olmalıdır. Fiziki, əqli göstəriciləri tələblərə cavab verdikdə, onlar bir müddət hazırlıq keçəndən sonra Könüllü Dəstənin tərkibində fəaliyyət göstərəcəklər. Müasir silahların hamısından peşəkarcasına istifadə etməyi bacaran həmin əsgərlər xüsusi şəraitdə yaşamağı da öyrənəcəklər. Həddən artıq soyuq, yaxud isti hava şəraitində, dağlarda, səhrada, dənizdə, susuz, ərzaqsız keçinə bilmək qaydaları və s. məsələlərin öhdəsindən gəlməyi bacaran belə döyüşcülər əsl peşəkarlar olacaqlar.



Müdafiə naziri general-polkovnik Zakir Həsənov həm də bir müddət, daha doğrusu 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Naziliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət etmişdir. Görünür ki, nazir belə Könüllü Dəstənin sərhədlərdə, düşmən tərəfin arxasında desantçı kimi, peşəkarcasına iş aparacaqlarına əmin olduğuna görə bu addımı atmışdır. Hər halda Könüllü Dəstənin yaradılması xəbəri bütün ölkə vərəndaşlarının ürəyincədir. Çünki, hərbi toqquşmanın gözlənildiyi indiki durumda, döyüşləri qələbə ilə başa vurmaq nə qədər önəmlidirsə, toqquşmadan ən az itki ilə çıxmaq da bir o qədər əhəmiyyətlidir.



Hörmətli prezidentimiz İlham Əliyevin insan kapitalına böyük qiymət verdiyi indiki vaxtda hər bir Azərbaycan əsgərinin hayatı üçün cavabdehlik, məsuliyyət və qayğı hiss olunur . Vuruş üçün peşəkarların hazırlanmasına istiqamətlənən bu tədbir yeni nazirimiz general-polkovnik Zakir Həsənovun ölkə rəhbərliyinin siyasətinin davamı kimi başa düşülür və təqdir olunur.



Azad


Teqlər:
Bu xəbər cəmi 1675 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR