Bakının "Sovetski" adlanan ərazilərində etirazlara baxmayaraq söküntülərə başlanılıb. N.Nərimanov heykəlinin yaxınlığında artıq kompensasiya almış bir qrup əhali evlərini tərk edib. "Deyerler.org"un əldə etdiyi məlumata görə, həmin ərazinin yaxınlığında yaşayan sakinlər hal-hazırda söküntünün getdiyi ərazidən köçürülən sakinlərə 1500 manat kompensasiyanın verildiyini bildirirlər.
Qeyd edək ki, Bakının "Sovetski" adlanan ərazisində yaşayan sakinlərin böyük əksəriyyəti hər kvadrata 1500 manat kompensasiya verilməsinin əleyhinədir. Veriləcək kompensasiyaya etiraz olaraq ilk böyük kütləvi etiraz aksiyası isə fevralın 16-da keçirilib.