Azərbaycanla Türkiyənin bir millət iki dövlət olduğunui qeyd edən Q. Paşayeva Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyib: “Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir".
Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva görüşdə həmçinin Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də danışıb.
.
Uşak valisi Mehmet Ufuk Erden isə Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq, iki ölkə arasında iqtisadi, siyasi iş birliyinin daha da genişləndirilməsinin önəmli olduğunu söyləyib.
Görüşdə DAK başqan yardımçısı Asif Qurban, Zəka İnkişaf Mərkəzinin rəhbəri Nərgiz Paşayeva da iştirak edib.
Görüşün sonunda millət vəkili Q. Paşayeva Uşak valisi M. U. Erdenə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün müəllifi olduğu əsərləri də təqdim edib.